“Etiraf etmək lazımdır ki, Cənubi Qafqaz hazırda Rusiya üçün ikinci dərəcəli əhəmiyyət kəsb edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Verelk” informasiya-analitik mərkəzinin siyasi şərhçisi Hayk Xalatyan deyib.
“Rusiya hazırda bu regiona o qədər də ciddi yanaşmır, resurslarını səfərbər etmir. Moskva indiki məqamda Bakı və İrəvanın nə işlə məşğul olduğu ilə elə də maraqlanmır. Ancaq Ukraynada qələbə çaldıqdan sonra Cənubi Qafqaz onun üçün ilk sıraya keçəcək. Lakin Qərb əlindən gələni edir ki, Rusiya Ukraynada qələbə qazansa belə, Cənubi Qafqaz regionuna qayıda bilməsin”, – H.Xalatyan bildirib.
Əliyar Xəlil