Müvafiq qurumlar tərəfindən nəzarətə götürülməsinə, araşdırılmasına, və əsl günahkarın (oğrunun yaxud təşkilatçının) cəzalandırılmasına ciddi ehtiyac duyulur.
2003-cü ildən BP Caspian Exploration Səngəçal Neft və Qaz Zavodunda operator işləmiş və 11 iyul 2023-cü ildə şirkətin əmlakı ilə bağlı oğurluq faktı ilə əlaqadar işdən kənarlaşdırılmış .Zöhrab İbrahimov yazır:
Azərbaycanın ürəyi, Dövlət büdcəsinin əsas gəlirini təmin edən Səngaçal Terminalinda baş verən çox sayılı oğurluqdan özbaşınalıqdan yazacam.
-Adım Söhrab, soyadım İbrahimov. 2003- cü ildən Səngəçal terminalında yük qaldırıcı operator vəzifəsində çalışıram.
20- ildir qüsursuz işimə görə rəhbərlik tərəfindən təltif olunmuşam. Bu günə qədər heç bir nöqsana, işdən yayınma hallarına yol verməmişəm. 2023 cü ilin iyun ayında Səngəçal terminalının CAMP (yaşayış blokları) ərazisində 200 kg çox mis oğurluq halı aşkar olunub. Oğurluq halının olmasını “ TİTAN” özəl mühafizə şiirkəti aşkar edib və oğurluqda əli olan şəxs işdən uzaqlaşdırlıb, əlavə araşdırma açılıb.
Araşdırmanı həyata keçirən TİTAN şirkətinin İsmət Kiçibəyov adlı əməktaşı öz rəhbəri olan Elşad Babayeva məruzəsində bir sıra adamların bu oğurluqda əli olduğunu qeyd edir. Bp terminal rəhbərliyi TİTANIN bu qərarı ilə razılaşır, heç bir günahımız olmadığı halda və heç bir sübüt olmadan, mən daxil olmaqla üç operatoru həmin iş sahəsindən uzaqlaşdırırlar. Bu barədə mən DTX,və BP şirkətinin əsas rəhbər heyyətinə yazılı və şifahi məlumat vermişəm. Hazırda məhkəməyə hazırlıq prosesi gedir.
Həmin İş sahəsindən uzaqlaşdırılandan sonra eşitdiyim məlumatlara görə məlum olub ki, oğurluqlar hələ də davam edir .Əsl oğurluqda əli olanlar hələ də iş başındadır, günahsızlar çəzalandırıldı.Əlavə olaraq nəzərinizə çatdırım ki, oğurluq baş verən əraziyə mənim 6 aydır girişim olmayıb. Oğurluq olan ərəfələrdə mən məzuniyyətdə olmuşam. Adımdan bu ləkəni silmək üçün və həqiqətin üzə çıxması üçün mənə kömək olaraq bunu paylaşmağınızı rica edirəm.
Mirvari Gahramanli