Hörmətli cənab Prezident!
Atam Habil Vəliyev dünən 13 radələrində Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb.Atam saxlanılan vaxtdan indiyənə qədər atamdan xəbər yoxdur.
Atam Habil Vəliyev müharibə veteranıdır.YAP-ın yarandığı ilk vaxtlardan YAP-ın üzvüdür və YAP ilk təşkilat komitəsinin sədrlərindəndir.30 ilə yaxındır ki,seçki məntəqəsinin sədridir.
Hal-hazırda ölkəmizdə seçki ərəfəsidir.Atam Habil Vəliyev də hal-hazırda seçki məntəqəsinin sədridir.Hər gün mütamadi olaraq seçki məntəqəsinə işə gedib gəlirdi.Və seçki gününə ciddi hazırlıq gedirdi.Dünən günorta saatlarında məntəqəyə gedərkən Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.Saxlanılandan 1 gün öncə Daxili İşlər Nazirliyinin idarə rəisi tərəfindən hədə qorxularla dolu zəng almış nəticəsi olaraq da,dünən Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və hələ də atamdan heç bir məlumat ala bilmirik.
Cənab Ali Baş Komandan,Cənab Prezident!
Azərbaycan xalqı sizə hər zaman güvənir.Azərbaycan vətəndaşları sahibsiz olmadığını bilirlər.Çünki siz varsınız.
Mən,atam,qardaşım bir sözlə ailəmiz YAP-ın üzvüyük.Hər zaman dövlətə və dövlətçiliyə sadiqik.Daima sizin yanınızdayıq.Azərbaycan Respublikasının hər bir vətəndaşı kimi sizə arxalanırıq.Tək ümid yerimiz sizsiniz.
Hörmətli Cənab Prezident!
Habil Vəliyevin saxlanılması tam şəkildə qərəzlidir.Biz sizə güvənirik ki,siz haqsızlığın qarşısını alacaqsınız.Bir daha sizdən xahiş edirik ki,məsələni şəxsi nəzarətinizə götürəsiniz.
Bir daha xatırladım ki,atamın saxlanılmasını jurnalist fəaliyyətinə görə əsaslandırıllar.Amma atam Habil Vəliyev hal-hazırda məntəqə sədridir.Və hər günə seçki məntəqəsinə işə gedib gəlirdi.Seçkiyə hazırlıqların böyük bir qismi başa çatmışdı.
Tək ümid yerimiz sizsiniz!
Allah sizi qorusun!
Vəlizadə Allahverdi Habil oğlu