"TÜLKÜ HƏCCƏ GEDİR" NAĞILI AZƏRBAYCANDA NECƏ REALLAŞDI?
Siyəzən şəhərinin Cəfər Cabbarlı küçəsində yaşayan, iş adamları Əzizov Qəhrəman Hüseynbala oğlu, Ağamalıyev Samir Qüdrətəli oğlu və Babək küçəsi 49 "B", mənzil 1-də yaşayan Əliyev Habil Ramazan oğlu tərəfindən Azərbaycan Respublikasının yuxarı instansiyalarına və KİV orqanlarına “Biz sahibkarlara qarşı törətdiklrəi dələduzluq əməllərinə görə hazırda Siyəzən RPŞ-də barələrində araşdırma aparılan Abşeron rayonun Aşağı Güzdək qəsəbə sakinləri olan Dostiyev Nuxbala Hüseynbala oğlu (mob. 050-273 63 72) və oğlu Dostiyev Araz Nuxbala oğlu ilə müsəntiq, polis kapitanı Nabil Abdullayevlə gizli sövdələşməsinin dərhal qarşısının alınması, işə ədalətli baxılmasını digər savadlı, nəfsitəmiz, təcrübəli müstəntiqə həvalə edilməsi və bizə şikayət etdiyimizə görə müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək hədə-qorxu gələn Nuxbalanın qardaşı oğlu Nazimin cinayət əməlinə hüquqi qiymət verilməsi" barədə müraciət ünvanlamışlar. Müraciətin indiki Azərbaycan reallığında aktuallığını və ictimai əhəmiyyət kəsb etməsini nəzərə alaraq dəyərli oxucularımıza olduğu kimi təqdim edirik:
Çoxhörmətli cənab Prezident İlham Əliyev!
Sizin bölgələrimizin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyiniz tapşırıqlar, qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər regionlarımıza göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Biz sahibkarlar Siyəzən rayonunun timsalında da bunun şahidi oluruq. Ölkədə ərzaq istehsaının artırılması ilə bağlı qəbul etiyiniz dövlət proqramlarının icrası üçün biz sahibkarlar da əlimizdən gələn işləri görməyə çalışmışıq. Lakin çox təəssüflər olsun ki, regionumuzda konkret olaraq quş əti istesalı ilə qəbul etdiyiniz Dövlət Proqramına töhfə vemək istədiyimiz zaman ata-oğuldan ibarət dələduz dəstə və onlara himayəçilik edən şəxslərin bizə qarşı törətdikləri iqtisadi cinayətkarlıqdan sonra istehsalımızı dayanırmağa məcbur olmuşuq. Belə ki, bz sahibkarla Siyəzən şəhərində ailə üzvlərmizlə birlikdə 10 ilə yaxındır ki, broyler cücələrini istehsal edib satmaqla məşğul omuşuq. İstehsal zamanı biz Abşeron rayonu, Aşağ Güzək qəsəbəsində yaşayan baytar- həkim Dostiyev Nuxbala Hüseynbala oğlu və onun oğlu olan Dostiyev Araz Nuxbala oğlundan cücələr üçün tələb olunan dərman prepratlarını nağd pulla alıb istifadə edirdik.
Bu ilin fevralın əvvəlində Nuxbala mənim (Hacı Qəhrəman Əzizovun) mobil telefonuna zəng edərək dedi ki, Hacı Qəhrəman bilirəm ki, sənin toyuq sexin var. Mən səndən böyük partya toyuq almaq istəyirəm. Mənim tanışlarımın böyük firması var. Onlara gündəlik 5000-7000 arası kəsmək üçün diri toyuq vermək lazımdır. Cavab vedim ki, bu qədər sayda mənim imkanım yoxdur. Nuxbala bildirdi ki, Siyəzəndəki digər tanışlarından təşkil edə bilərsən. Nuxbala özünün Hacı olmasını və mənim də Hacı olmağımı, Allah adamı olmağımızı bildirərək ona kömək etməimi dönə dönə xahiş etdi. Və tam əmin etdi ki, göndərilən toyuqların pulunu hər 10 gündən bir nağd şəkildə ödəyəcəkdir. Mən də yaxın tanışım olan, Siyəzən şəhər sakini Ağamalıyev Samir Qüdrətəli oğlundan Nuxbala üçün onun sexindən toyuq təşkil etmsini xahiş etdim. Samir razlaşdı. Və Nuxbalnın oğlu Araza 61572 manatlıq toyuq təşkil edərək 21-28 fevral 2022-ci il tarixlərində sənəd üzrə MERCEDES markalı, 99 VV 832 dövlət qeydiyyatlı, Sehran adl sürücüyə məxsus yük avtomobili vasitəsilə tanışı olan "ALTAY Q.Z." fimasına daşımışdır. Nuxbalanın oğlu Araz bizdən də həmin tarixlərdə ( 22-28 fevral 2022-ci il) Anar adlı sürücüyə məxsus olan 90 KC 680 dövlət qeydiyatlı Ford markalı yük avomobili vasitəsilə 36891 manatlıq toyuq məhsulunu nisyə aparmışdır. Ümuilikdə, Nuxbala oğu Azər vasitəsilə bizdən 91373 manatlıq mal alıb aparmışdır. Sonradan bizə məlum oluşdur ki, elə həmin ərəfədə və vaxtda, yəni 2-8 fevral 2022-ci il tarixlərində Araz digər Siyəzən şəhər sakini olan Habil Ramazan oğlu Əliyevdən də bizim xəbərimiz olmadan ona da vədlər verərək 29000 manatlıq toyuq məhsulunu alıb aparmış və bu günə qədər müxtəlif bəhanələrlə pulunu verməmişdir. Biz sahibkarlar Nuxbalada verdiyimiz malların pulun tələb etdikdə o 10 aydır ki, müxtəlif bəhanələr uyduraraq pulu verməkdən yayınırdı. Əvvəlcə mart ayında yalandan dedi ki, guya oğlu Araz itkin düşübmüş, sonradan dedi oğlum tapılıb, amma firma pulu vermir, onun yeinə pul əvəzi RANGER ROVER avtomobilimi verim. Razılaşdıq. Sabahı günü Nuxbala dedi ki, maşın satıldı. O biri aylarda təklif etdi ki, yaşadığı Aşağı Güzdək qəsəbəsində 10 sot torpağı varmış, onu 50000 manat hesablamaqla pul əvəzi vermək istəyir. Yenə razılaşanda dedi düzəlmir. Bir sözlə, Nuxbala Siyəzənə gəlib bizə toyuq-cücə dərman preparatları satdığı zaman biz sahibkarların nə qədər toyuq isthsal etdiyimizi əvvəlcədən bilirmiş və bizim məhsulları etimadmızdan süi-istifadə etməklə, məhsulun hamısının yüksək qiymətə və nağd formada satacağına inandıraraq əmaklarmızı ələ keçirmiş və külli-miqdarda ziyan vurmuşdur. (Yəni, Nuxbala bu dələduzluq planını əvvəlcədən planlaşdıraraq oğlu Araz vasitəsilə çox dəqiqliklə icra etmişdir) Mən digər sahibkr Samirlə Nuxbala və oğlu Arazn bizə qarşı törətdiyi dələduzluq əməlinə görə DİN-nin Baş Mütəşəkil Cinaytkarığa qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət etdik. Araz dərhal saxlanıldı və 3 saatdan sonra bizə məlum olmayan səbəbdən sərbəst buraxıldı. İki gündən sonra isə Nuxbalanın qardşı oğlu Nazim mən Qəhrəmana zəng edərək hədə-qorxu gəldi ki, "Siz kim olursuz mənim adamlarımdan şikayət edirsiniz. Elə etməyin ki, sizin özünüzü tutub basdırım içəri...və s. hədə-qorxular" Nazım bizimlə çox aqressiv danışdı. Bu adam sanki kiməsə arxalanırmış kimi qeyd etdi ki, gedin hara istəyirsiniz şikyət edin, Axırına baxarıq".( səs yazıları əlavə edilir) Elə Nuxbala da bizə telefonda bu sözləri dedi ki, gedin kimə istəyirsiniz şikayət edin. Pul yoxdur. Bəhanəsi də bu oldu ki, məşhur generala məxsus olan "ALTAY Q.Z." mmc firması guya bunların təhvil verdikləri toyuqların pullarını vermirmiş. Lakin sahibkar Habil Əliyevin Siyəzən RPŞ-nə əvvəl verdiyi ərizə araşdırılarkən müstəntiq Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən "ALTAY Q.Z." mmc-də olarkən mühasibatlıq Habildən alınan 29000 manatlıq təhvil verilən mala görə Araza bütün pulların ödəniş qəbzləri təqdim edilmişdir. Bu fakt bir daha sübut edir ki, Dostiyevlər ailəsi bizlərdən aldıqları cəmi 120 min manatlıq malları "ALTAY Q.Z." mmc-yə təhvil verib bütün pulları nağd formada 10 gün ərzində alsalar da, biz 3 sahibkarlara son 8 ayda 1 qəpik də olsa pul verməyiblər. Yəni açıq-aşkar dələduzluq cinayəti törədiblər.
Nuxbala barəsində apardğımız xüsusi araşdırmalardan məlum oluşdur ki, bu adam ali təhsilli baytardır. Abşeron rayonun Aşağı Güzdək qəsəbəsinin girəcəyində şəxsi evi və həytində toyuq ferması var. Yaşadığı evlə üz üzə isə şəxsi yem dəyirmanı var. Ayrıca yem və baytar dükanları da var. Nuxbala dəyirmanda işlətdiyi gəncləri qanunsuz istismar edir, onlarla heç bir əmək müqaviləsi bağlamadan gecə-gündüz işlədir. Özü Qobustan rayonu Qaracüzlü kəndində pasport qeydiyyatındadır. O da məlum oldu ki, oğlu Araz istər yaşadığı qəsəbədə, istəsə də başqa yerlərdə cücə dərmanı satdıqları şəxslərdən və maqazinlərdən pul alıb və bir müddət yoxa çıxır. Elə bu gün də Araz neçə vaxtdır ki, "YOXA" çıxıb. (Görünür, bizim onu Siyəzən polisinə verməyimizdən duyuq düşüb və aradan çıxıb.) Nuxbala bizim əmlakalrı hər kq-nı 2 manat 85 qəpiyə alacağına söz versə də, oğlu Araz bizdən əldə etdiyi məhsulların hamısını fevral ayının 2-dən 28-dək "ALTAY Q.Z." firmasının anbardarı Bayramov Toğrula 2 mant 55 qəpik olmaqla sənəd üzrə təhvil vermşdir. Yəni, bizdən aldığı toyuq məhsulunu hər kq-da 30 qəpik ziyanına satmaqla nəticədə əldə etdiyi pulun hamısını mənimsəmək olmşdur. Beləliklə, Nuxbala və oğlu Arazın əsas hədəfi biz sahibkarların etimadından süi-istifadə eməklə nisyə əldə etdiyi məhsulu daha aşağı qiymətə satmaqla alıcı "ALTAY Q.Z." firması ilə əvvəlcədən gizli sövdələşərək hər iki tərəfin xeyrinə iş görmüşdür. Yəni bu dələduz dəstənin əvvəlcədən niyyəti bizdən əldə etdiyi məhsulu baha qiymətə satıb gəlir əldə etmək yox, elə hamısını dəyər dəyməzinə satıb əldə etdiyi pulların hamısını mənimsəmək olmuşdur. Və belə də etmişdir.
Nuxbala sonda mənə pulun əvəzinə 60 ton buğda kəpəyi də təklif etmişdir. Cavab vermişdim ki, mənim bu məhsulu saxlamağa anbarım yoxdur. O da məlum olmuşdur ki, Nuxbala və oğlu bizdən dələduzluqla əldə etdikləri pulları Qobustan rayonundakı Qaracüzlü kəndində ailələrinə məxsus pay torpağında və əlavə icarəyə götüdükləri torpaq sahələrində taxıl əkininə böyük sərmyə qoymuşlar. Yəni, bu adam 60 ton kəpək itehsal edibsə, bu o demkdir ki, Nuxbala həm də 240 Ton buğda da isehsal etmişdir. Digər məlumata görə Nuxbala xarici ölkədən sifarişlə hazırlatdığı, dəyəri 170000 manat olan CİP avtomobilini də özünə gətizdrmişdir. Məqsədi isə bu avtomobillə bizi kimi digər rayonlarda olan sahibkarlarla görüşə gedib özünü imkanlı və nüfüzlü şəxs kimi təqdim edərək nisyə mal əldə etməkdir. Bizə o da məlum olmuşdur ki, Nuxbala və oğu Arzın adına hal- hazırda heç bir əmlak qeydə alınmamışdır. Yəni, bu dələduz dəstə özləini əvvəlcədən sığortalamaq üçün adlarında olan bütün daşnar və daşınmaz əmakların hamısını ( hazırda yaşadıqları evi, toyuq fermasını, un dəyirmanını, 2 ədəd FORD markalı yük avtomobillərini, hazırda idarə etdiyi OPEL markalı avtomobili və s. ) özləri faktiki istifadə etsələr də yaxın adamarının adlarına sənədləşdirmişlər. Bu da onu əyani sübut edir ki, ata-oğuldan ibarət dələduz dəstə törətdikləri çoxsaylı dələduzluq əməllərinə görə mühakimə ediləcəkləri halda, əmlakları müsadirə edilməsin. Yəni, onların bu əmələri bir daha sübut edir ki, Dostiyevlər ailəsi bizi kimi çoxaylı adamlara qarşı törətdikləri qanunazidd əməllərə görə nəhayət bir gün cavab verməli olacaqlarını peşəkar olaraq əvvəcədən hesablamışlar və yaxşı blirlər. Bizlərə o da məlumdur ki, Nuxbalanın dəstəsi nəinki bizim Siyəzən rayonunda, eləcə də digər qonşu rayonlarda da bizi kmi sahibkarlara qarşı da dələduzluq əməlləri törətmişər və törətməkdə davam edirlər. Bir sözlə, bu ailə hazrda da cəmiyyət və dövlət üçün çox təhükəlidir və dərhal qarşıları alınmalıdır. Budur, Araz fiziki şəxs olaraq vergi ödəyicsi kimi "ALTAY Q.Z" firması ilə bağladığı saxta müqaviləyə əsasən təkcə biz 3 fiziki şəxs olan sahibkarlardan dəlduzluq yoluilə əldə etdiyi cəmi 120000 manatlıq məhsulu bu ilin fevral ayında satmasına baxmayaraq əldə etdiyi gəlirdən vergi verməmişdir. Eləcə də, fiziki şəxs olaraq Azərbaycanın şimal rayonlarında və Abşeron rayonu ərazisində fəaliyət göstərən toyuq sexlərinə satdıqları toyuq-cücə dərman preparatlarına görə əldə etdikləri gəlirdən illərdir ki, vergi verməmişlər. Yəni, bu ata-oğul təkcə biz sahibkarlara qarşı deyil, eləcə dövlətə qarşı da klli-miqdarda vergilərdən yayınmaqla dələduzluq etmişlər.
Nuxbala mən Habil Əliyevdən aldığı 29000 manatlıq malı 2-8 fevral tarixlərində "ALTAY Q.Z." mmc-yə məxsus böyük yük avtomobili vasitəsilə aprmışdır. Mart ayına mənə məlum olmuşdur ki, Araz və Nuxbala Siyəzən rayonun Yenikənd kəndində kiçik sahibkarlar olan xalaoğulları Azərdən 4300 manatlıq, Bəhruzdan isə 8000 manatlıq diri toyuq götürsə də 6 aydır onlara da 1 qəpik verməmişdir. Biz birlikdə şikayət etməyə hazırlaşanda Arazın çoxbilmiş vəkili dərhal işə qarışmış və 4300 və 8000 manat pulu ödətdirmişdir ki, mən Habilin 29000 manat pulunu verməsinlər. Və onlar yerli polislə gizli sövdələşərək bu işin mülki məslə olmasını mənə rəsmən xatırlatmışlar. Eləcə də Nuxbala Zarat qəsəbəsində böyük yem dəyirmanından da 37000 manatlıq yem nisyə götürərək pulunu vermirmiş. Çoxsaylı şikayətlərdən sonra, yəni 7 aydan sonra dələduz dəstə pulların 33000 manatını ödəməyə məcbur olmuşdur.
Biz , Qəhrəman Əzizov və Habil Əliyev Dostiyevlərin və onlara himayədarlıq edən qardaşoğlu Nazimin qanunsuz hərəkətləri barəsində bu ilin sentyabrın 8-də Baş prokuror cənab Kamran Əliyevin Siyəzən rayonunda vətəndaşları qəbulu zamanı şəxsən ərizə ilə müraciət etmişik. Cənab baş prokuror Kamran müəllim şikayətimizi dinləyib cavab verdi ki, "Narahat olmayın, Sizin haqqınız çatacaqdır." Mən, Qəhrəman sentyabrın 9-da dərhal Siyəzən rayon Prokurorluğuna da rəsmi müraciət etdim. Sağ olsunlar, ərizəmi dərhal ( 10 sentyabrdan) araşdırlması üçün Siyəzən rayon Polis Şöbəsinin polis kapitanı, müstəntiq Nabıl Abdullayevin icraatına verdilər. Budur, 2 aya yaxındır ki, cənab müstəntiq məndən və qarşı tərəfin vəkilinin izahatını almaqla hələlik işini bitmiş hesab edir. Nə üzləşmə aparır, nə yükləri daşıyan sürücülərdən izahat alınır, nə hadisə yerinə baxış keçirilir, nə alıcı təkilat olan "ALTAY Q.Z." nin anbardarı Toğrul Bayramovdan izahat alır, nə Samiri, nə də Habil Əliyevi də bir zərəçəkən kimi dəvət etmir. Əksinə, müstəntiq N. Abdullayev özünü qarşı tərəfin vəkili kimi apararaq bizi borclu çıxarmağa çalışır. Və bizi ittiham edir ki, Siz Dostiyevlərə ölü toyuqlar vermisiniz. Müstəntiqi başa sala bilmirik ki, sənədə əsasən Araz Dostiyev malı bizdən sayıb təhvil alıb və sayıb "ALTAY Q. Z." firmasının anbardarı Toğrul Bayramova təhvil verib. Bu nə sözdür indi ortaya atırsınız? Eyni zamanda 2 aydır ki, müstəntiqə zəng edib görüşmək və araşdırmanın gedişatı ilə maraqlanmaq istəyirik. O isə hər dəfə bir bəhanə ilə, gah avtoqəza yerinə getməli olduğunu, gah digər cinayət yerinə getməli olduğunu uyduraraq bizimlə görüşdən qaçır. Telefonumuza cavab vermir. Bir sözlə, onun bu hərəkətləri deməyə əsas verir ki, müstəntiq dələduz dəstə ilə gizli sövdələşib və "Cinayət işinin rəd edilməsi" barədə qərar verib gizlədəcəkdir. Baxmayaraq ki, bu iş baş prokuror cənab Kamran Əliyevin şəxsi nəzarətindədir. Ona görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq dövlətimizin başçısı çoxhörmətli İlham Əliyevdən, baş prokuror cənab Kamran Əliyevdən və daxili işlər naziri cənab Vilayət Eyvazovdan çox xahiş edirik ki, Dostiyevlər ailəsi tərəfindən bizim əmlaklarımızın qanunsuz mənimsənilməsilə bağlı hazırda Siyəzən rayon Polis Şöbəsində müstəntiq Nabıl Abdullayev tərəfindən nəticəsi əvvəlcədən bəlli olan və aparılan formal araşdırmanın digər savadlı, peşəkar və nəfsitəmiz müstəntiqlə həvalə edilərək davam etməsinə köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Qoşma sənədlər: 16 vərəq sənə, adio səs 2 ədəd.
Hörmətlə, Siyəzən rayon Ağsaqqallar Şurasının sədr müavini Q.H.Əziziov Əlaqə üçün: 050-070- 321 90 10.
2. Sahibkar: S. Q. Ağamalıyev, mob. 070- 267 53 53.
3. Sahibkar: H. R. Əliyev mob. 070- 528 12 37.
tarix: 09 noyabr 2022-ci il.