ABDULLAYEV UZUNMÜDDƏTLİ MÜALİCƏYƏ CƏLB OLUNUB
Bir neçə gün əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşdiyi ilə bağlı məlumat yayılıb.
Məhz buna görə AFFA-nın İcraiyyə Komitəsinin 11 yanvar tarixində Gəncədə keçirilməsi planlaşdırılan iclası və Gəncədə futbol akademiyasının açılışı ləğv olunmuşdu.
Modern.az Rövnəq Abdullayevin səhhətini aydınlaşdırmaq üçün AFFA ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Elnur Məmmədli cavab olaraq hazırda Rövnəq Abdullayevin vəziyyətinin yaxşı olduğunu söyləyib:
“Heç bir ciddi problem yoxdur. Sadəcə soyuqdəymə, qrip idi. Hazırda Rövnəq Abdullayevin vəziyyəti yaxşıdır. Heç bir problem yoxdur”.
P.S. Bizdə olan məlumata görə isə Abdullayüev Rövnəq 20 gündən çoxdur ki, ortalıqda görünmür. Yəni bu rəsmi açıqlamada qeyd edildiyi kimi, qrip xəstəliyindən əziyyət çəksəydi belə, AFFA-nın İcraiyyə Komitəsi 11 yanvar tarixində Gəncədə keçirilməsi planlaşdırılan iclası və Gəncədə futbol akademiyasının qeyri müəyyən müddətədək təxirə salınana açılışının konkret vaxtı müəyyən olunardı. Lakin R.Abdullayevin sağlamlıq vəziyyəti kritik olduğuna görə onun yaxın aylarda sağala biləcəyi ehtimalı olmadığına görə rəsmi açılışın 2 aydan sonra keçirələciyni AFFA müəyyən edə bilməmişdir. Azərbaycanda hamı yaxşı bilir ki, yüksək maddi imkanlara malik olan Abdullayevin adi bir qripə görə cəmiyyətdən bu qədər uzun müddətə təcrid edilməsi yalan məlumatdan başqa bir şey deyil. Hesab olunur ki, bu adam o dərəcədə ağır dərəcəli xəstələnmişdir ki, hətta onun müalicəsi üçün xarici ölkəlıərdən gətirilən həkimlər heç bir şey edə bilmirlər.
Öz növbəmizdə biz Abdullayevə sağlıq arzulayırıq ki, gələcəkdə SOCAR daxilində baş vermiş maxenasiyalarınheç olmasa 1 %-nə aydınlıq gətirilməsi üçün izahat yaza bilsin.
İfadetv.com