Biz Rusiyanın digər ölkələri işğal etməsinə reaksiya olmamasının nə ilə nəticələndiyini görmüşük, Rusiya dayandırılmasa digər ölkələri işğal etməyə davam edəcək.
APA-nın Tbilisi müxbri xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Almaniyanın "Deutsche Welle" telekanalına açıqlamasında deyib. O, Ukraynanın Aİ və NATO da daxil olmaqla hələ də əsas tərəfdaşlarından genişmiqyaslı dəstək almadığını vurğulayıb.