HƏSƏN MÜƏLLİM HAQQINDA DEYİLƏN və ya YAZILAN CIZMA-QARALARIN HEÇ BİR ƏSASI YOXDUR
Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Şəki şəhər İcra Hakimiyyətinin başçısının 1-ci müavini Həsən Həsənov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.Həsən müəllim öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Həsən müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Həsən Həsənovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Həsən Həsənov
Hər kəsə bəllidir ki, Həsən Həsənov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Həsən Həsənov, bu gün ömrünün ahıl çağında belə, elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Həsən Həsənov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. O da hər kəsə bəllidir ki, Şəki şəhər İcra Hakimiyyəti başçısının 1- ci müavini Həsən Həsənov yüksək texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin istər Yeni Azərbaycan partiyası Şəki rayon təşkilatının sədri olduğu zaman, istərsə də hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Həsən Həsənov ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Həsən Həsənovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.
Lakin çox təəssüflər olsun ki, Həsən müəllimin zonada artan nüfuzundan narahat olan bəzi qruplaşmlar tik-tok, instaqram səhifələrində, kimsənin oxumadığı electron media səhifələrində bu və digər qarayaxmalarla gözdən salmağa çalışırlar. Motiv isə aydındır. Bəli, Həsən Həsənovun çoxhörmətli sabiq ədliyyə naziri cənab Fikrət Məmmədovla olan qohumluğundan hürkən bu adamlar məlum hadisədən sonra bir az cürətləniblər. Belə ki, ölkə başçısının son sərəncamı ilə Fikrət müəllimin işinin dəyişdirilməsindən sonra Həsən Həsənova qarşı ağızlarına su alıb duranlarda sevinc hissləri oyanışdır. Belələri “mənim adım olmasın” şərtindən sonra vaxtilə şəxsi xahiş və minnətləri boşa getdikləri üçün müəyyən əvəz çıxma hisslərilə yaşayanlardır. Onlar məsələn, Şəki Uşaq Musiqi Məktəbinin müdiri işləyən və özünü H.Həsənova yaxın adam kimi ictimaiyyətə sırıyan, əslində məsələyə heç bir aidiyyatı olmayan Eldar Rəcəbov kimi şəxslərin tutduqları vəzifədən süi-istifadə etdiyi faktların guya Həsən Həsənova bağlı adam kimi təqdim etməklə, əslində Həsən müəllimə qara yaxmaq üçün məsələni ictimailəşdirməyə çalışırlar. Amma hər kəs öz əməlinə, öz yanaşmasına görə qanun qarşısında cavabdehdir. Bəli, Həsən müəllimin adından bu və digər formada istifadə etməyə çalışanlar olsa da, bunlar günəşin üzünü örtə bilməyəcək qara buludlar qədər acizdirlər. Və yaxud, Oxud kənd sakini Kamran adlı şəxsin Həsən müəllim barəsində dedikləri məlumatların hamısı əsassızdır. Axı bu boylu-buxunlu tam sağalam adamdan bir soruşan yoxdur ki, sənin İcra Hakimiyyətindən hansısa yardım və ya maddi köməklik ummağa mənəvi haqqın çatırmı ki, hələ bir vəzifəli şəxsi tənqid də edəsən? Şəkidə kifayət qədər şəhid ailəsi, qazi ailəsi, əlili olan bir rayonda Kamran kimi yersiz səs-küy salıb social şəbəkədə "qışqıran" ikinci şəxs niyə yoxdur? Cavab bəllidir. Bu adam kimlərinsə sifarişini yerinə yetirərək, bir tikə çörəyin xatirinə sadəcə bu rola girməyə məhkum olmuşdur. Bəli, ağızlarından süd iyi gələn digər sayt yazarlarının Həsən Həsənov barəsində yazdıqları əsassız ittihamların isə heç bir əsası yoxdur. Burada əsas məqsəd Həsən Həsənov nüfuzuna kölgə salmaqla nəyəsə nail olmaqdır. Necə deyərlər, “At ölüb, itlərin bayramıdır”. Amma bayram etməyə tələsməsinlər.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Şəki şəhər İcra Hakimiyyəti başçısının 1 ci müavini Həsən Həsənov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında yazılan cəfəng fikirlər isə ictimaiyyəti birmənalı olaraq çaşdıra bilməz!
Yaddan çıxarmayaq ki, Həsən Həsənov yeganə məmurlardandır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil, şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “Həsən müəllim” deməsi də burdan qaynaqlanır.
Bizdə bu çətin və şərəfli yolda Həsən müəllim və Şəki İcra Hakimiyyətinin bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.
Məmməd İfadetv.com üçün