Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hazırkı vəziyyət elədir ki, tikinti üçün Komitəyə müraciət edən sahibkarlardan, vətəndaşlardan açıq-aydın formada rüşvət istənilir...
Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir.
Dövlət Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevlə bağlı ağır ittihamların yer aldığı material bir neçə həftə əvvəl yerli KİV-də yayılsa da, ortada ciddi tədbirlər müşahidə olunmur. Səslənən ittihamlara görə, Ramin Abdullayev ölkə başçısının yaratdığı şəffaf biznes mühitinə kölgə salaraq tikinti biznesinə ciddi zərbə vurur. MTK sahiblərinin ve obyekt tikmək istəyən sahibkarların hamısını zara gətirən Ramin Abdullayev yalnız öz adamları (maklerləri) tərəfindən gələn işlərə icazə verir. “Maklerlər”dən kənar gələn müraciətlər isə aylarla hətta illərlə Ramin Abdullayevin masasının üstündə qalır və daha çox süni maneələr yaraılır.
O zaman bu məmur və onun rəhbərlik etdiyi Mərkəz kimə xidmət edir? Dövlətə, prezidentə, islahat gedən ölkəyə bu cür özbaşınalıq edən məmurlar lazımdırmı? Axı hakimiyyətə, ölkə rəhbərliyinə, dövlətə zərbə vurur, xalqda inamsızlıq yaradır, gözdən salır iqtidarı. Yəni bir qanqrena vermiş Mərkəz var, sədri Ramin Abdullayevdir, burada sağalmaz rüşvət xəstəliyi var, onu amputasiya etməkdən başqa müalicə yolu qalmayıb.
Adının çəkilməsini istəməyən bir şikayətçi bildirib ki, Ramin Abdullayevin daha çox pullar qazanmaq meyli sahibkarları narazı salmaqla yanaşı, eyni zamanda, Bakı şəhərində yöndəmsiz tikililərin sayını da artırmaqdadır. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin hazırkı vəziyyət elədir ki, tikinti üçün bura müraciət edən sahibkarlardan, vətəndaşlardan açıq-aydın formada rüşvət istənilir. Bakı şəhərinin baş planının olmamasını bəhanə gətirərək tikintilərə icazə verməyən bu qurumun rəsmiləri çox vaxt istəklərinə nail olurlar.
İnternet üzərindən apardığımız araşdırma zamanı, o da məlum olub ki, Bakı şəhərində tikilən əksər binaların təməlinə tikintiyə nəzarət edən şəxslərin aldıqları haram pullar dayanır.
Məlumata görə Ramin Abdullayev maddi marağı olan yerdə, bəzən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi də aldatmağa cəhd edir.
Başqa bir mənbə saytımıza bildirib ki, “bina tikintisinə icazə bazarı” uğrunda illərdir apardığı savaşda Ramin Abdullayev istəyinə nail olub. Belə ki, uzun illər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud ilə Ramin Abdullayev arasında gizli mübarizə gedirdi. Ramin Abdullayev 28.12.2021-ci il tarixində Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmaqla Rüfət müəllimə “qalib gəlib” və “tikintiyə icazə bazarı”na nəzarəti tam ələ keçirib. Həmən müddətdən bina tikmək isdəyən şəxs hökmən Ramin Abdullayevin “bığının altından” keçməli olur.