Gürcüstanın faktiki rəhbəri olan Bidzina İvanişvilinin Qərb banklarındakı 2 milyard dolları dondurulubmuş.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə məlumatda deyilir ki, oliqarxın “Credit Suisse” (İsveçrə) qrupu ilə problem yaşadığı məlum idi, amma onun Qərb bank sistemində dondurulmuş vəsaitlərinin ümumi həcmi ilk dəfədir rəsmi olaraq açıqlanır.
Baş nazir Kobaxidze bunu İvanişvilinin ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Brayen ilə görüşdən imtina etməsinin səbəbini izah edərkən söyləyib. Kobaxidze İvanişvilinin pullarının “qlobal müharibə partiyası”nın əlində olduğunu bildirib.
Dediyimiz məsələdir: İvanişvili “xarici agent” qanun layihəsini öz kapitalını və şəxsi hakimiyyətini xilas etmək üçün alver predmeti kimi gündəmə gətirib. Görünən odur ki, Qərb tərəfi hələ ki onun şərtlərini qəbul etmir.