Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilib.
Gununsesi.info-nun xəbərinə görə,icra başçısının bu görüşü sosial şəbəkələrdə tənqid olunub.
Belə ki, icra başçısı və rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar günün altında oturub.
İcra başçısı və komandasının ağac kölgəsi altında rahat oturmasını tənqid edən sosial şəbəkə istifadəçiləri digər insanların günəşin altında qalmasını məmur və sakin arasındakı fərqlə izah edib.