Ermənistan ordusu oktyabrın 3-də 2 hərbi qulluqçusunun ölüm xəbərini yayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.
O cəbhənin Tavuş istiqamətində 27 yaşlı Muşeq Jirayroviç Abovyanın öldürüldüyünü bildirib.
Yayılan digər xəbərdə isə oktyabrın 1-də həmin istiqamətində yaralanmış S.X adlı hərbi qulluqçunun hospitalda öldüyünü elan edib. Onun çiynindən qəlpə yarası aldığı açıqlanmışdı.