Ötən gün Ukrayna şəhərlərinə Rusiyanın növbəti kütləvi raket hücumu nəticəsində mülki əhalinin, xüsusilə də uşaqların həlak olması beynəlxalq gündəmin əsas mövzularından biri olub.
“AzPolitika” xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya, o cümlədən Kiyevdəki əsas uşaq xəstəxanasına raket hücumlarını "Rusiyanın qəddarlığının dəhşətli bir xatırlatması" adlandırıb: "Bu gün onlarla Ukrayna vətəndaşının ölümünə və Kiyevin ən böyük uşaq xəstəxanasında tələfat və dağıntılara səbəb olan Rusiyanın raket zərbələri Rusiyanın qəddarlığının dəhşətli bir xatırlatmasıdır. Dünyanın bu mühüm anda Ukraynanı dəstəkləməyə davam etməsi və Rusiyanın təcavüzünə biganə qalmaması vacibdir.
Xatırladaq ki, ötən gün Rusiya Kiyevdəki uşaq xəstəxanası da daxil olmaqla, Ukraynanın bir neçə şəhərindəki obyektlərə raket zərbələri endirib. Nəticədə ən azı 41 mülki şəxs, o cümlədən uşaqlar həlak olub.
“AzPolitika.info”