əbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası Ucardan deputatlığa namizədliyi qeydə alınan Elton Məmmədovun namizədliyini ləğv edib.
Gununsesi.info-ya açıqlamasında isə buna sərt reaksiya verən Elton Məmmədov baş verənlərə görə MSK sədri Məzahir Pənahovu və Ucarın icra başçısı Mənsur Məmmədovu ittiham edib.
“Bu adamlar yaramazlıqları ilə dövlətin siyasətinə xələl gətirir. Bu işlərin başında Məzahir Pənahov və icra başçısı Mənsur Məmmədov durur” deyən Elton Məmmədov icra başçısının onun namizədliyinin müdafiəsi üçün imza edən adamlara da təzyiqlər göstərdiyini bildirib.
Qeyd edək ki, Mənsur Məmmədov Elton Məmmədovun yaxın qohumudur.
Həmçinin, onun icra başçısı təyinatında o zaman nəqliyyat naziri vəzifəsini tutan Ziya Məmmədovun xüsusi rolunun olduğu sirr deyil.
Maraqlıdır ki, Ziya Məmmədov bir neçə ildir ki, “vurulsa” da Mənsur Məmmədov öz postunu qoruyub saxlaya bilib.
Görünür, yaxın qohumluq artıq soyuqluğa çevrilib ki, Mənsur Məmmədov bu rayonun uzun illər deputatı olmuş Elton Məmmədovun növbəti namizədliyinə qarşı çıxa bilib.
Afət Abbasova
Gununsesi.info