Abseron rayonu Masazır qəsəbəsi Zərifə Əliyeva küçəsi ( köhnə Bələdiyyənin yanı) adlanan böyük bir ərazidə gecəqonduların tikintisinə start verilib. Bu Abşeron rayonu üçün normal haldır. Amma sözügedən ərazidə aparılan tikintidə işləri tam qanunsuzluq hökm sürür. Abşeron RİH-dən bildirildi ki, gecəqonduların tikildiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Qanunvericiliklə bu ərazidə yaşayış evlərinin tikintisi yolverilməzdir. Fotolardan göründüyü kimi evlər arasında qanunla nəzərdə tutulan ara məsafəsi nəzərə alınmayıb.
AzTimes.az
