Ukrayna qüvvələri Kursk vilayətində 3000 rus əsgərini mühasirəyə alaraq, əsir götürə bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşrində yayımlanan məqalədə bildirilir.
Qeyd olunur ki, avqustun 16-dan Ukrayna qüvvələri Kursk vilayətinin şimalındakı Qluşkovski rayonunda Seym çayı üzərindəki körpüləri dağıtmağa başlayıb və nəticədə Rusiya ordusunun çıxış yolu bağlanıb.
“Bild” yazır ki, sözügedən ərazi qərbdən və cənubdan Ukrayna torpaqları ilə əhatə olunduğundan gözlənilən mühasirə baş verəcəyi təqdirdə, rusların bütün çıxış yolları bağlana bilər.
“Rusiya bu tələyə düşməmək üçün ponton keçidlər və körpülər hazırlayır, həmçinin şərq cəbhəsini daha ciddi müdafiə etməyə çalışır. Ancaq bu yaxınlarda Ukrayna qüvvələri Snaqist və Apanasyevka kəndlərini də ələ keçirib. İndi 3 min rus hərbçisini mühasirəyə almaq üçün Ukrayna ordusunun cəmi 5 kilometr irəliləməsinə ehtiyac var” - deyə “Bild” qeyd edib.
“AzPolitika.info”