Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrell Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı zəruri hesab edir.
Bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.
Borrelin sözlərinə görə, Kiyevin silahlarından məhdudiyyətsiz istifadə etməsi “Ukraynanın özünümüdafiəsini gücləndirəcək”, “həyatları xilas edəcək və dağıntıları azaldacaq” və “sülh səylərinə kömək edəcək”.
Borrell qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətinə hücumu Rusiya diktatoru Vladimir Putinin “povestinə ciddi zərbə vurub”.
Bütün bunların fonunda diplomat Qərb ölkələrini Ukraynaya ötürülən silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Eyni zamanda, Aİ diplomatik xidmətinin rəhbəri Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu ilə bağlı müsbət danışıb və Kiyevi Avropa İttifaqının tam dəstəyinə əmin edib.
İfadetv.com