VƏ YAXUD MƏMURLARIMIZIN CANINA QORXU SALAN SƏBƏB
Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov uzun illər sonra ictimaiyyət arasında görünüb.
Gununsesi.info-nun xəbərinə görə, sabiq baş prokuror qədim və yaxın dostu olan sabiq ədliyyə naziri, Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovla birlikdə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı Tofiq Zeynalovun hüzr mərasiminə qatılıb.
Heydər Məscidində təşkil olunan mərasimi Zakir Qaralov dostu ilə birlikdə tərk edib.
Şahidlərin sözlərinə görə, mərasimə qatılan bəzi Milli Məclis üzvləri və məmurlar Zakir Qaralovla görüşməkdən çəkinib.