Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin ötən həftə yekunlaşmış tenderinin nəticəsi ləğv edilib.
XALQ.AZ xəbər verir ki, Qaradağ MKTB rayonun bir sıra yollarının əsaslı təmirini həyata keçirmək niyyətində olub.
900.000 manat dəyərində olan tenderin ləğvinə səbəb isə qanunun tələblərindən birini pozması olub. Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin tərtib etdiyi ləğvetmə haqqında protokolda qeyd edilir ki, MKTB “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsini pozub və sənədlərini yenidən hazırlayaraq, tender müsabiqəsinə təqdim etməlidir.
Xatırladaq ki, Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovdur. FHN rəhbəri Kəmaləddin Heydərovun yaxın adamı hesab olunan icra başçısı uzun zamandır bu postu tutur.