VƏ YAXUD, BÜDCƏNİ TALAYAN CİNAYƏTKAR VƏZİFƏDƏN VƏZİFƏYƏ YÜKSƏLƏNDƏ DÖVLƏT NİYƏ DƏ SARSILMASIN?
( "Qanun insanlar (kamil hüseynovlar) üçün deyil, adamlar üçündür"- Karl Marks)
“Azərişıq” ASC-də indiyə qədər heç bir dövlət qurumunda olmayan anarxiya baş alıb gedir. Vaxtilə dövlət əmlakına xor baxan, talayan, vəsaitləri mənumsəyən, rüşvətxorluğa görə həbs edilənlər bu qurumda rəhbər vəzifələrə gətirilib. “Azərişıq” ASC-də rəhbər vəzifəli şəxslərin korrupsiya əməlləri bağlı son illər dövri mətbuatda da geniş məlumatlar yayılmaqdadır. Məlum olduğu kimi işğaldan azad olunmuş ərazilərdə elektrik xəttlərinin çəkilişinə dövlətimiz büdcədən milyonlarla manat vəsait xərcləyir. Amma son vaxtlar yayılan məlumatlarda “Azərişıq” ASC sədrinin və onun komandasının dövlətin ayırdığı bu milyonları formal, saxta tenderlər yolu ilə mənimsəməklə məşğuldurlar.
İFADETV.COM-un araşdırma qrupu son bir ay ərzində “Azərişıq” ASC-də dövlət satınalmaları zamanı yol verilən ciddi qanun pozuntuları və korrupsiya əməlləri ilə bağlı elektron mediada yayılmış məlumatları təkrar yaymaq və dövlətin ən yuxarı instansiya dövlət qurumlarının bu kimi məsələləri nəzarətə götürməsi qərarına gəlmişdir. Qeyd edək ki, “Azərişıq” ASC-də qanunsuzluqlara üzləşmiş şirkət rəhbərlərinin, sahibkarların şikayətləri qurumun rəsmiləri tərəfindən maddi maraqlar (çox güman ki, pul müqabilində) dərhal silindirilmişdir. “Azərişıq” ASC sədri və onun komandasının bu kimi əməllərrinin qarşısının alınması məqsədi ilə İFADETV.COM-un araşdırma qrupu mövzunu bir daha aktuallaşdırır. Sahibkarların. şirkət rəhbərlərinin, şikayətlərində nədən bəhs edilir:
“Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” ASC-nin keçirilməsini planlaşdırdığı açıq tenderdən əsassız olaraq kənarlaşdırılması ilə bağlı Respublikanın Baş prokurorluğuna və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış şikayət məktubunda yazılır:
“VEDİ CONSTRUCTİON” MMC -nin rəhbərliyi açıq tender müsabiqəsində iştirak etməyi qərara almış, tələb olunan sənədlər və təkliflər zərfi satın alan təşkilata təqdim edilmiş, iddiaçı kimi satın alan təşkilat tərəfindən qeydiyyata alınmışıq. Tender prosedurunda 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış, bizim təklif etdiyimiz qiymət digər iştirakçıların təklif etdiyi qiymətdən sərfəli olmaqla ən aşağı olmuşdur. Sonradan, tenderin təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün əlavə vaxt tələb olunması nəzərə alınaraq tender təklifinin qüvvədə olma müddətinin və tender təklifi təminatının qüvvədə olma müddətinin uzadılması barədə bizə təklif göndərilmiş, həmin təklif bizim tərəfimizdən müsbət qarşılanaraq tender təkliflərinin qüvvədə olma müddəti və tender təklifinin təminat müddətinin uzadılması ilə bağlı cavab məktubları portal vasitəsilə sizə təqdim edilmişdir. Məhz bu tarixdən, yəni tender təklifləri zərfinin açıldıqdan sonra satın alan təşkilat tərəfindən bizə qanunda və Əsas Şərtlər Toplusunda (ƏŞT) nəzərdə tutulmayan tələblər və sənədlər tələb edilməyə başlanılmışdır.
“Azərişıq” ASC-nin Tender Komissiyası “Vedi construction” MMC-nin nümayəndəsinin qeyd etdiyi “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə başlanılmış 55685 nömrəli açıq tender müsabiqəsinin nəticələri dövlət satınalmalarının vahid internet portalında nə üçün açıqlanmayıb?.
Müsabiqədə iddiaçı kimi iştirak edənin verdiyi məlumatda göstərilir ki, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir. Belə olan təqdirdə 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış açıq tenderin nəticəsi 5 iyun 2023-cü il tarixə qədər nə üçün açıqlanmayıb?. Qanunvericiliyin tələblərinə görə əgər tender baş tutmayıbsa, onun baş tutmama səbəbləri göstərilməklə 30 bank günü ərzində yenidən tender elan olunmalıdır. Əgər satınalan tərəf hər hansı bir səbəbdən tender prosedurun uzadırsa, bununla bağlı iddiaçı tərəflərə yazılı bildiriş göndərilməli, dövlət satınalmalarının vahid internet portalında tender prosedurunun hansı tarixədək uzadılmasının səbəblərini göstərilməklə bildiriş yerləşdirməlidir.
Ancaq göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası tender prosedurunun təşkili zamanı çox ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC-nin Tender Komissiyası tərəfindən sözügedən tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə tender prosedurunun uzadılması barədə bildiriş, nə də tamamlanmış açıq tenderin qalibi barədə heç bir məlumat yerləşdirilməyib. Bu isə tenderin saxtalaşdırıldığını deməyə əsaslar verir.
Bu linkdən tanış ola bilərsiniz: https://korrupsiya.com/gundem/4367-azrisiq-asc-d-aciq-tenderlr-niy-gizli-skild-kecirilir-iii-yazi.html
Məqaləni tam şəkildə bu linkdən oxuya bilərsiniz: https://aztoday.az/news/239347.html
"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və direktoru Yusif Eldar oğlu Yusifli mətbuata gördüyü işlərə görə “Azərişıq” ASC tərəfindən ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı pulun ödənilməməsi ilə bağlı açıqlamalar verib. MMC-nin direktoru buna “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun ən yaxın dostu Kamil Hüseynovun səbəbkar olduğunu qeyd edib və bildirib ki, "təsisçi olmaqla bərabər MMC-nin direktoru da olmuşam. Şahin Mollayev vasitəsi ilə Kamil Hüseynovla tanış oldum. Kamil Hüseynov özünü mənə “Azərişıq” sədrinin ən yaxın dostu olaraq tanıtdı. Mənimlə tanış olandan sonra Kamil Hüseynov dedi ki, “Azərişığ”ın rayonlarda, işğaldan azad edilmiş Qarabağda görəcəyi işlər var, həmin işləri görə bilərsən? Mən də tapşırılan işləri görə biləcəyimi dedim. İlk olaraq Şəmkirin Qapanlı, Bayramlı, Gədəbəyin Qasımlı, Əyrivəng kəndləri təqdim olundu. Kəndlərdə görüləcək işlərin smetasını çıxarıb Şahin Mollayevə verdim, o da Kamil Hüseynova təqdim etdi. Bundan az sonra Kamil Hüseynovla görüşdük, iş həcmləri, smetaları bir daha təqdim etdim, görüləcək işlərin qiymətləri ilə razılaşdıq və işə başladıq. Mənə dedi ki, işə başlayandan sonra görülmüş işlərin smetasını təqdim edəcəksən, həmin görülən işlərin dəyərinin üzərinə 10 faiz qoyulmaqla sənə veriləcək".
AzToday.az-n sahibkar Yusif Yusiflinin bu açıqlamaları ətrafında maraqlı araşdırma aparıb. Lakin hansısa müəmmalı səbəblərdənsə sonradan saytdan silib. Həmin araşdırmada isə qeyd edilir:
Məqaləni tam şəkildə bu linkdən oxuya bilərsiniz: : https://gundeminfo.az/manset/110898-azerishiq-prezidenti-hebs-olunur-.html
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ENERJI CONSTRUCTION” Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 13.01.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2000.00 manat olan QSC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, NATƏVAN (BİLƏCƏRİ QƏS.), ev 2, qanuni təmsilçisinin isə hazırda Dadaşov Eldəniz Dadaş oğlu olduğu göstərilir. Reyestrə daxil edilmiş məlumatlarda QSC "DOST GROUP" MMC kimi qeydiyyatdan keçib və 06-10-2022-ci il tarixdən adı dəyişdirərək "Enerji Construction" MMC qoyulub. QSC-nin təsisçisi və ilk qanuni təmsilçisi Yusif Eldar oğlu Yusifli. 21.12.2022-ci il tarixdən MMC hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.
Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı rəsmi məlumatlar bu qədərdi. Bir də dövlət satınalmalarının internet portalında QSC-nin qalibi olduğu tenderlər barədə məlumatlar var. QSC dövlət qeydiyyatına alındıqdan sonra 18.11.2020-ci ildən 16.08.2023-cü ilə qədər, yəni 3 il ərzində dəyəri 3 milyon ABŞ dollarının ekvivalentindən yuxarı olan 10 açıq tenderin qalibi olub. QSC-nin udduğu tenderlərə və onların məbləğlərinə diqqət yetirək.
QSC dövlət qeydiyyatına alındıqdan cəmi 10 ay sonra “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və 18.11.2020-ci il tarixdə tərəflər arasında 6.795.148,69 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
06.08.2021-ci il tarixdə Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti tərəfindən keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 2.104.766 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
03.09.2021-ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 14.417.270,33 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
12.10.2021-ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 5.794.920,55 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
01.12.2021-ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 7.183.841,29 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
27.05.2022-ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 6.611.605,45 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
14.06.2022-ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 7.162.308,59 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
28.06.2022 -ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 4.928.215,66 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
26.07.2022 -ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 5.927.790,37 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
16.08.2023 -ci il tarixdə “Azərişıq” ASC-nin keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 12.331.466,47 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.
Göründüyü kimi "Enerji Construction" QSC son üç il ərzində iddiaçı olduğu 10 açıq tenderin 9-nu “Azərişıq” ASC-dən qalib gəlib və Səhmdar Cəmiyyətdən ümumi olaraq 71 152 563 manat məbləğində dövlət sifarişi alıb.
"Enerji Construction" QSC-nin direktoru Yusif Yusifli mətbuata açıqıamasında qeyd edir ki, "işləri görüb qurtarandan sonra “Azərişıq” nümayəndələri, yerli, regional “Azərişıq” idarələrinin rəisləri gəldilər. “Enerji Constraction”la “Azərişıq” arasında rəsmi müqavilə bağlandı, gördüyüm işlərin Forma 2-ni “Azərişıq”a təqdim etdim. Yerli şəbəkənin, regional şəbəkənin və “Azərişıq”ın rəhbər şəxsləri Forma 2-ləri və sənədləri qəbul etdilər. Bütün gördüyümüz işlərə baxış keçirib təhvil aldılar."
Sahibkar deyib ki, "çox qısa müddətə Füzulidən Şuşaya yüksək gərginlikli elekrtik xəttləri çəkdik. Mən Qarabağda tapşırılan işləri gördüyüm müddətdə maliyyə məsələlərini Kamil Hüseynov öz üzərinə götürdü. O, özünü “Azərişıq” rəhbərinin ən yaxın dostu kimi təqdim etdiyindən, ona inamım vardı. Ödənişlər, müqavilələr Kamil Hüsyenovun rəhbərliyi altında həyata keçirildi”.
Yusif Yusifli həmçinin deyib ki, "bəzi işlər var ki, ödənişi ümumiyyətlə edilməyib. Kamil Hüseynova demişəm ki, vəsait, ödəniş lazımdır, çünki borc aldığım adamlar məni sıxır, evimə gəlir, məni narahat edirlər. Kamil Hüseynov da deyib ki, görülən işlərə görə hələ müqavilə bağlanmayıb, müqavilə bağlanandan sonra ödəniş olacaq. Sonradan öyrəndim ki, gördüyüm işlərə görə müqavilələr başqa firmalarla bağlanıb. Pul başqa firmalara köçürülüb və oradan da mənimsənilib”.
Bu açıqlamalardan da göründüyü kimi Yusif Yusiflinin başına süni formada gətirilənlər onu sübut edir ki, “Azərişıq” ASC-özbaşınalıqlar-iqtisadi cinayətlər baş alıb gedir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının ölkədə şəffaf və azad rəqabət əsasında həyata keçirildiyini dəfələrlə açıqlayıb. Lakin sahibkar Yusif Yusifli açıqlamalarından belə çıxır ki, “Azərişıq” ASC-də satınalmalara ümumiyyətlə nəzarət yoxdu. Hər şey əvvəlcədən planlaşdırılır, dost-tanışlardan iş icraçıları müəyyən edilir, tenderlər isə formal olaraq keçirilir və güya satınalmaların qanun çərçivəsində keçirildiyi ( kağızlar üzərində)görüntüsü yaradılır.
Sahibkar Yusif Yusiflinin daha bir açıqlamasına diqqət yetirək: "bəzi işlərin vaxtında görülməməsi Kamil Hüseynovun vaxtında ödəmələri etməməsi ilə bağlı olub: “2 aya görəcəyimiz iş 5 aya qədər uzanırdı. Çünki ödənişlər edilmirdi. İcarəyə götürdüyümüz maşın-texnikalar da boş dayanırdı. Amma məcbur qalıb ödənişləri özümüz edirdik. Hər dəfə də deyirdi ki, işləri gör, pulun verləcək. Mən də işləmişəm. 5 milyon manatdan yuxarı borc yaranıb. Bü gün mən “Enerji Constraction” təsisçisi olsam da, şikətin direktoru Kamil Hüseynovun öz adamıdır.
Bu da “Azərişıq” ASC-nin tender şousunun görünməyən daha bir tərəfi. Kimdir Kamil Hüseynov ki, dövlət vəsaitlərini istədiyi kimi idarə edir, istədiyi şəxsə pullar ayırır. Yusif Yusiflinin iddiasına görə güya bütün bunlardan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun xəbəri yoxmuş. Var, Vüqar Əhmədovun hər şeydən xəbəri var. Kamil Hüseynovu məhz o idarə edir.
Bir sözlə, Sahibkar Yusif Yusifli “Azərişıq” ASC-də gedən TENDER ŞOU-nu bütün çılpaqlığı ilə açıp töküb ortaya. Bircə məsələyə toxunmayıb, "OTKAT"a. Kamil Hüseynova 71 milyon manatdan nə qədər "otkat" qaytardığını açıqlamayıb. Bəlkə də bundan xəbəri belə yoxdu. Özünün dediyi kimi “Enerji Constraction” QSC-nin təsisçisi olsa da Kamil Hüseynov öz adamını direktor təyin edib. O da çox güman ki, QSC-nin hazırki qanuni təmsilçisi Dadaşov Eldəniz Dadaş oğludur.
KAMİL HÜSEYNOV “AKKORD”dan ÇIRPIŞDIRDIĞI “ 20 MİLYONU TİKİNTİ BİZNESİNƏ YATIRIBMIŞ
Araşdırmalardan o da bəlli olur ki, Kamil Hüseynov və qardaşları tikinti sektorunda bir neçə şirkətə sahibdirlər. K.Hüseynov “Akkord Azər-Yurd” MMC-nin sahibi, “Azər-Yurd” MMC-nin və “Deutsche Fassaden Technologien” MMC-nin direkoru olubdu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında 2019-cu ildə Kamil Hüseynova “Çinar” MTK adından tiktinti aparması üçün icazə alındığı qeyd olunur. Digər qardaş Vaqif Hüseynov isə 2007-ci ildə qeydiyyata alınan “KOMBARO-AZERLAND” MMC-nin qanuni təmsilçisi, 2005-ci ildə qeydiyyata alınan “DİZAYN” MTK-nın direktoru olub.
Aktualxeber.az-a daxil olan məlumata görə hələ “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyən zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilibdi. Bir faktı qeyd edək ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi dövrdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş yarım milyard manatdan çox kredit bölgələrdə müxtəlif layihələr adıyla su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilmişdi. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə isə şirkət çətin vəziyyətə düşmüşdü və orada yoxlamalar başlamışdı. Qeyd edilir ki, yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti faktları aşkarlanmışdı. Təsəvvür edin ki, təkcə Şəmkir layihəsinin anbarında 300 min manatlıq material əskikliyi aşkar edilmişdi. Ümumilikdə isə departamentdə 20 milyon manata yaxın yeyinti aşkar olunmuşdu. Nəticədə “Akkord” şirkətində aparılan audit yoxlamalarından sonra Elçin Bədəlov, təhqiqat departamentinin direktoru Şahin Məmmədov, su-kanalizasiya departamentinin direktoru Fariz Cəmili, infrastruktur departamentinin direktoru İlqar Budaqov, kadrlar departamentinin direktoru Səbinə Feyzova işdən çıxarılsalar da, Kamil Hüseynov “Akkord” şirkətlər qrupunun baş direktoru vəzifəsinə təyin olunub.
Son zamanlar “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müşaviri olan Kamil Hüseynov bu gün öz qanunsuz əməllərini orada davam etdirməkdədir. OXU https://teref.az/manset/255850-azerisiq-asc-nin-milyonlar-menimseyen-memuru.html
Qeyd edək ki, “Azərişıq” ASC-də gedən bu TENDER ŞOU sədr Vüqar Əhmədovun karyerasına son qoya bilər. Məlum olduğu kimi növbədənkənar prezident saçkilərindən sonra İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib. Vüqar Əhmədov hazırda “Azərişıq” ASC sədrinin səlahiyyətlərini icra edir. Bu TENDER ŞOU-dan sonra onun vəzifədə qalma ehtimalı nə qədərdir, gələcək göstərəcək.
Elektron medianın son bir neçə ay ərzində sahibkarların şikayətləri əsasında yaydığı bu məlumatlardan da göründüyü kimi “Azərişıq” ASC-də dövlət satınalmalarının təşkili heç də qanunlarla deyil, qurumun başbilənləri tərəfindən həyata keçirilir. Bu zaman külli miqdarda dövlət vəsaitlərinin talan edilməsi, mənimsənilməsi halları istisna deyil.
İFADETV.COM-un araşdırma qrupu göstərilənlərin araşdırılması üçün Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Respublika Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və digər aidiyyatı dövlət qurumları qarşısında məsələ qaldıracaq.
P.S. “Azərişıq” ASC-dən yeni layighələr alıb işləmək istəyən digər iş adamlarının verdikləri məlumatlar da Yusif Yusiflinin başına gətiriləbləri bird aha təsdiq edirlər. Belə ki, onlar qeyd edirlər ki, tanış-bilişlər vasitəsilə cənab Vüqar Əhmədovun müavinlərinə “yol tapmağa” çalışmaları aylar, hətta illər tələb etsə də, bu süründürməçilkdən bezənlər də çoxdur. Belələri o faktı da qeyd edirlər ki, “Azərişıq” ASC – “şefi”nin müşavir və köməkçiləri qədər heç bir dövlət qurumu rəhbərliyində bu qədər sayla təmsil olunmayıb. Araşdırmalarımız davam edir. Bizi izləyin.
İFADETV.COM-un araşdırma qrupu