Müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.
Bizimxeber.az "Unikal"a istinadən məlumatına görə, N.Sadıkov Binə Atçılıq Mərkəzində "Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib.
O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib.
Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabrında tutduğu vəzifədən azad edilib.
Suggested News