Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yeni təyinat olub.
İfadetv.com Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidovun müşaviri təyin edilib.
R.Qasımzadə daha əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.
Qeyd edək ki, A.Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə - Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Aydın Qasımov uzun müddət sabiq ədliyyə naziri Fikrət Məmmədovla münaqişə səviyyəsində fəaliyyət göstərmiş, nazirin göstərişlərinə ya tabe olmurmuş, ya da qulaqardına vururmuş. İş o səviyyəyə çatmışdı ki, F. Məmmədov hələ Aydın dövründə onunla işləyə bilməyəcəyi barədə Prezidentə şifahi məruzə etmiş və istefa ərizəsini təqdim etmişdir. Lakin son qərarı Prezident İlham Əliyev vermişdir. Belə ki, o Aydın Qasımovu vəzifəsindən azad edərək məsələni həll etmişdir.
P.S. Bu təyinatdan da belə görünür ki, nazir Rəşad Əhmədovun da görəsi günləri qabaqda imiş.
İfadetv.com