Türkiyə ordusu Suriyanın daha bir yaşayış məntəqəsinə - Ras əl-Ayn şəhərinə nəzarəti ələ keçirdi.
Türkiyə mediası xəbər verir ki, Azad Suriya Ordusunun (ASO) dəstəyi ilə keçirilən bu əməliyyat Türkiyə silahlı qüvvələrinin əsas hədəflərindən hesab olunur.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"Fərat çayının şərqində uğurla davam edən “Sülh çeşməsi” əməliyyatı zamanı Ras əl-Ayn yaşayış məntəqələri nəzarət altına alındı", - deyə nazirlik açıqlama yayıb.