![DYP: Texniki müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib](https://azadmedia.az/uploads/posts/2025-02/1739352746_f7427790-6b87-3e17-ab9b-1ec3f94b44e4_850.jpg)
Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.
Bu barədəDaxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, həmin mərkəzlər həftənin 1 və 4-cü günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.