Və yaxud əmr nazirin əmridir!
Dövlət Meşə fondu torpaqları toxunulmaz olduğu halda, görəsən Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinində kimə güvənib bu dərəcədə cinayətlərə yol verilir?
Belə ki, regionda yaşayan çoxsaylı mənbələrimiz Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin bir neçə meşə dolaylarında kənd təsərrüfatı bitkilərinin əkildiyini bildiriblər. Onlar həmin əkinlərin əsasən taxıl bitkiləri olduğunu qeyd ediblər.
Məsələn, yerli sakinlər Oğuz rayon Qarabulaq kəndinin yanında dövlət meşə fondu torpaqlarında qanunsuz 100.00 ha, Mollalı kəndi yaxınlığında 4 ha, Qumlaq kəndi yaxınlığında 6 ha, Bayan kəndi yaxınlığında 30 ha sahədə buğda və arpa bitkilərin əkildiyini aşkar ediblər.
Bəs görəsən Meşələrin İnkişafı Xidmətinin 13 aprel 2022-ci il tarixli 137/EM saylı əmri niyə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində icra olunmayıb?.
Qəbələ rayonun Həmzəli kənd sakinlərinin meşə cinsli ağacların məhv edilməsilə bağlı verdiyi məlumat isə daha dəhşətlidir. Fakt bundan ibarətdir ki, Qəbələ rayonun Bum meşəbəyliyinə məxsus Həmzəli meşəsində son 1 il ərzində sözün əsl mənasında əsasən palıd və fıstıq ağaclarının "qətliyamı" baş vermişdir. Belə ki, sözügedən ərazidən kütləvi surətdə ETSN Şəhərlərarası Nəqliyyat Depertamentinin region üzrə kuratoru Elsevər bəyin kirayələdiyi yük avtomobillərinin sayəsində yaxın və uzaq taxta sexlərinə Həmzəli meşəsindən 1460 ədəd iri və ortadiametrli qiymətli meşə cinsli ağaclar işlik material kimi ETSN-nin texniki işçiləri tərəfindən standart doğranaraq daşınmışdır.
Məlumatlı mənbə onu da bildirmişdir ki, ETSN işçilərinin belə arxayınçılıqla günün günorta vaxtı belə cinayətləri törətməsinə rəvac verən faktorlardan biri də kütləvi kəsilən ağacların quru və xəstə kimi sənədləşdirilməsidir. Yəni ərazidə kütləvi qırılan meşə zonası cənab Xalıqverdinin birbaşa xeyir-duasından sonra sanitar ərazi kimi aktlaşdırıldıqdan sonra məhvinə start verilmişdir. Amma bu bədbəxtlər bir məsələni yaddan çıxarmışlar. Belə ki, kəsilmiş orta gövdəli paıd və fıstıq ağaclarını sənədlərdə quru qovaq ağacları kimi göstərərək damğalama işləri aparsalar da, yerli ETSN işçilərindən fərqli olaraq çörəyi ağzlarına yeyən kənd sakinləri bildirilər ki, axı biz bilirik ki, əzəmətli palıd və fıstıq ağacları heç vaxt qırılma sahəsinə aid ola bilməz. Digər tərəfdən belə qiymətli meşə cinsli ağacların ETSN işçiləri tərəfindən şüurlu və ya şüursuz şəkildə damğalanaraq sənədləşməsi özü ən ağır cinayət hesab olunmalıdır.
Əvvələr bu istiqamətə aparığımızaraşdırmalardan da məlum omuşdur ki, meşələrin saxta sənədlər əsasında kütləvi məhvedilməsi prosesində ETSN əsmiləri əslində iki dəfə qazanc götüüblər. Birinci halda təbii sərvətlərimizin quru və çürk ağaclar adı altında sənədləşdirilərək realıqda şlik materiallar kimi yeli sexlərə satılmaından və belə materialların daşınması zamanı saxta tendelərlə yenə də ETSN -nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin tərəfindən bu işləin icrsı üçün dövlət büdcəsindən ayrılan miyonlara manat vəsaitlərin yerərdə Elsevr kimi icraçıların köməkliyi syəsində mənimsənilməsi nəticəsində. Nəticəyə gəirik ki, yekunda qazanan Xlıqvedi, ETSN Ekoloji Təhlükəsizlik DA-nin sədr müavini Məhəmmədin oğlu Bəhruz və digər tərəfdn də ETSN -nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi rəhbərlii olmuşdur.
ETSN -nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən mənimsəmələrin qısa xronologiyası:
Bəli, bu həmin Elsevərdir ki, Qəbələ Regionu üzrə kurator vəzifəsinə təyin edildyi gündən ( indi də çirkin işlərini yeni müdiri Elxan Baxışovla davam edən) bu adamın yük avtomobili sürücüsü Sahib Ağakərimovla olan 1 saat 06 dəqiqəlik səs yazısını da sübut kimi təqdim edə bilərik. Səs yazısında cənab Elsevər ETSN -nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin tərəfindən həyata keçirilən korrusiya mexanizminin necə işləməsini, kimə nə qədər pul çatmasını incə detallarına qədər etiraf edir. Və sonra harınlığından sürücüyə hədə gəlməyi də unutmur. O zaman sual olunur - niyə ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin yeni direktoru Elxan Bəşirov bu səs yazısını vaxtında prokuroluğa təqdim etmir ki, ekspertizadan keçirilsin və təsdiq edildikdən sonra Elsevər barəsində ən azı xalaxətrin qalmasın deyə bir töhmət elan etsin. Əksinə, direktor E.Bəşirov Elseverə demişdir ki, gedin işinizlə məşğul olun. O da əvvəlkindən betər maliyyə maxenasialarını həyata keçrməkdədir. Məsələn, Qəbələ və Oğuz meşələrində saxtakarlıqla damqalanmış meşə cinsli ağacların daşınması üçün bir günü 250 manat olmaqla KON tipli ağır texnikanı və günü 100 manat olmaqla KAMAZ avtomobilini icarəyə götürməklə istifadə faktki istfadə edir.
ELSEVƏRİN MALİYƏ MAXENASİYALARININ İCRA MEXANİZMİ HAQQINDA AÇIQLAMA
Belə ki, ETSN-nin Şəhərlərarası Nəqliyyat Depertamentinin özünün bu işlərin icrası üçün kifayət qədər texnika və yük avtomobillərinin olmaması səbəbindən idarə tender vasitəsilə əldə etdiyi milyonları rayonlarda fəaliyyət göstərən fiziki şəxslərə məxsus avtomobillərin meşə materiallarının daşınmasına cəlb etmək məqsədilə sürücülüərlə “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Samir Mütəllimov arasında yay fəsli üçün xidməti müqavilə bağlanırdı. Həmin müqavilələrdən birini bağlayan sürücülərdən birinin sözlərinə görə bizi ETSN nümayəndəsi olan və idarənin Qəbələ-Agsu regionu üzrə kuratoru təyin edilmiş Elsevər adlı birisi tərəfindən bütün işlər tənzimlənir. Belə ki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu rayonları üzrə meşələrdən yerli sakinlərin icazəli meşə materiallarının daşınması xidmətilə məşğul olan sürücülərə müraciət edərək onlarla bir şərtlə meşəyə buraxılmalarını razılaşır. Hər rayon üzrə 3-5 nəfər yük avtomobili olan sürücü əvvələcə Elsevərin şəxsi avtomobilinə oturdularaq Bakı şəhərinə, daha dəqiq desək Xırdalan şəhərində yerləşən 2019-2021-ci illərdə sabiq müdir Fizuli Babayevin, indi isə yeni müdir Elxan Baxışovn ETSN Şəhərlərarası Nəqliyyat Depertamentininə təşrif buyurulur. Müdirin “kassası” hesab edilən Xosrov müəllimin təlim və tövsiyələrindən sonra mmc müdiri Samir Mütəllimov idarəyə dəvət edilərək hər bir sürücü ilə ayrı ayrılıqda xidməti müqavilələrə imzalanır. Sürücülərə bank kartları tərtib edilərək təqdim edilir. Və onlara başa salınır ki, hər ay onların kart hesablarına mmc tərəindən köçürülən 4500-5000 manat pullar hesaba oturdulduqdan dərhal sonra gətirib verməlidirlər Qəbələnin Vəndam kəndində yaşayan və Fizuli Babayevlə uzaq qohumluq əlaqələri olan Elsevərə. Rəsmi sövdələşmədən sonra Xosrov müəllim onları gəldikləri rayonlara yola salır. Son 4 ildə beləcə ETSN-nin hə bir Regional Meşə Təsərrüfatı Mərkəzləri üzrə Elsevər kimi 1 nəfər kurator olamqla bu iş beləcə düzülüb qoşulur. Şəki Regional Meşə Təsərrüfatı üzrə idarənin kuratorunun adı isə Vüqardır. O da öz növbəsində Xosrov müəllimin göstərişlərinə uyğun olaraq Balakən, Zaqatala, Qax və Şəki rayonları üzrə meşələrlə əlaqəsi olan hər rayon üzrə 5 nəfər sürücü taparaq onlarla əvvəlcə gizli sövdələşir, hər birinin adına rsəmi müqavilə bağlanmaqla bank kartı təşkil edilir. Bundan əlavə mənbə onu da bildirdi ki, biz sürücülər tərəfindən guya meşə materialı olan yüklərin daşınması zamanı avtomobilimizin sürtkü materialı, şinləri və yanacaqla təmin olunması üçün də mmc tərəfindən xeyli vəsaitin ayrılması nəzərdə tutulur. Məsələn, hər bir yük avtomobili üçün 3000 manatlıq aylıq yanacaq formal yazılır. Sürücülər də özləri demişkən “Çörəklərinin xatirinə” belə şərtlər altında müqavilələr bağlamağa razı olurlar. Və hərdən 80-100 manat qarşılığında real yükləri də idarə və təşkilatlara daşıyırlar. Amma hər dəfə onların bank hesabına 4500-4800 manat əməkhaqqı köçürüləndə sürücülər pulu nağdlaşdıraraq Elsevərə şəxsən qəpyinəcən təqdi etsələr də, yerli vergi orqanları onlardan aldıqları vəsaitin vergisininin ödənilməsini tələb edirlər. Və bu məsələ deyilənə görə hələ də həll olunmamış qalmaqdadır. Yerdə qalan bütün proseslər formal olaraq kağız üzərində sənədləşdirlir. Tender “qalibi” olduğun görə hər ili 494.431 manat büdcədən ayrılan vəsaitlər qeyd edilən frmada mənimsənilir və 5 manatlıq Nizamnamə kapitalının sahibi, “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri S.Mütəllimov isə reallıqda 5-10 manat qarşılığında bir etibarlı alət kimi istifadə edilir və edilməkdədir. Sonda dövlət büdcəsindən ayrılan milyonları qazanan isə Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru olmuş Fizuli Babayev,Elxan Baxışov və Xosrov müəllim və yerlərdəki kuratorlar olan Elsevər və Vüqar kimilər olur. Budur, Elsevərin özünün də etiraf etdiyi kimi qısa müddətdə 2 möhtəşəm evə və 3 təzə minik avtomobilinə sahib olmuşdur.
Məlumatlı mənbə onu da bildirmişdir ki, ETSN işçilərinin belə arxayınçılıqla günün günorta vaxtı belə cinayətləri törətməsinə rəvac verən faktorlardan biri də kütləvi kəsilən ağacların quru və xəstə kimi sənədləşdirilməsidir. Yəni ərazidə kütləvi qırılan meşə zonası cənab Xalıqverdinin birbaşa xeyir-duasından sonra sanitar ərazi kimi aktlaşdırıldıqdan sonra məhvinə start verilmişdir. Amma bu bədbəxtlər bir məsələni yaddan çıxarmışlar. Belə ki, kəsilmiş orta gövdəli paıd və fıstıq ağaclarını sənədlərdə quru qovaq ağacları kimi göstərərək damğalama işləri aparsalar da, yerli ETSN işçilərindən fərqli olaraq çörəyi ağzlarına yeyən kənd sakinləri bildirilər ki, axı biz bilirik ki, əzəmətli palıd və fıstıq ağacları heç vaxt qırılma sahəsinə aid ola bilməz. Digər tərəfdən belə qiymətli meşə cinsli ağacların ETSN işçiləri tərəfindən şüurlu və ya şüursuz şəkildə damğalanaraq sənədləşməsi özü ən ağır cinayət hesab olunmalıdır.
Bəs görəsən cənab Xalıqverdi Hüseynovu son 1 ildə regionlarda belə qanunsuz hərkətlər etməyə sövq edən səbəb nə olmuşdur?
Qısa araşdırmalarımızdan məlum olmuşdur ki, keçmiş kolxoz sədri, indi ki Meşələrin İnkişafı Depertamentinin sədri olan Xalıqverdi Hüseynovun bu ilin fevral ayında yaş həddilə əlaqədar vəzifəsilə vidalaşmasına səbəb olacaq təqaüd vaxtının çatmasıdır. Elə bu səbəbdən də regionlardakı meşə fondlarında pul çıxan işlərin ağına-bozuna baxmadan intensiv sürətlə həyata keçirilməsinə göstəriş vermişdir. Və təbii ki, cənab nazir Muxtar Babayevin də belə özbaşnalıqlardan xəbəri olmamış deyildir. Olsaydı ETSN Dövlət Ekoloji Təlükəsizlik Dölət Agentliyinin sədri Hikmət Əlizadə ən azındanbu özbaşnaığın qarşısını nsbətən alardı. Doğudur, cənab H.Əlizadənin başı 6 aydır ki, ailə üzvlərindən birinin ciddi xəstəliyinin malicəsi ilə qaışıqdır. Bir ayağı Türkiyədə, o biri ayağı "Bona DEEA" hosptalının 6-cı mərtəbəsində həkim Altay Əliyevin qapılarında qalıbdır. Allah köməyi olsun. Bu fürsətdən yaxşıca istifadə edən onun müavini olan qəssab Məhəmmədin oğlu Bəhruz da bütün Azərbaycan üzrə qanunsuz kömür istehsalından tutmuş, qiymətli ağacların satılmasınadək gəlir gətirən bütün sahələr üzrə Regional Meşə Təsərrüfatı Mərkəzlərinə aylıq norma qoymuşdur. Əməl etməyənləri isə sifarişlə ciddi yoxlamalara məruz qoymuşdur ki, "ağıllı" olsunlar. Yəni, kişilər qulluq mövqelərindən süi-istifadə etməklə pul qazanırlar.
Hikmət Əlizadə
Son aldğımız rəsmi məlumaladan məlum olmuşdur ki, Bizim faktlar üzrə apardığımız araşdımalarla bağlı ETSN-də baş verən irimiqyaslı korrupsiya faktlarından iki epizod üzrə Baş Prokrorluq yanında Korrpsiyay qarşı Mübarizə İdarəində cinayət işi başlanmışdır. Bu cinayət işinə nazir M.Babayevin kürəkəninə Quba rayonun 96 və 97-ci kvartallarıda "hədiyyə" etdiyi 30 ha meşə fondu və digər işbazlarla icarəyə verdiyi 210 ha meşə fondu torpaqlarıdan qanunsuz istifadə hallarına görə və ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru F.Babayev tərəfndən saxta tender müqavilləri ilə mənimsənilən milyonarla manat dövlət vəsaitlərinin ( Elsevərin fəaliyyəi nəticəsində) realıqda təyinat üzrə xərclənmədən mənimsənlməsilə bağlıdır.
Bizi izləməkdə davam edin.
P.S. Yazdıqlarımızla bağı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
P.S.S. Araşdırma yazısı ictimailəşdikdən sonra aldığımız məlumatdan aydın olmuşdur ki, nazir Muxtar Babayevin əmrinə əsasən, Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov vəzifəsindən azad edilib. Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin icrası Cabbar Qəribova həvalə olunub.
İFADETV.COM-un araşdırma qrupu