Oğuz şəhəri, H.Əliyev pros. Ev 16 da yaşayan Xalid Seyidov tərəfindən yuxarı orqanlara və İfadetv.com -a
«Bakı-Şamaxı- Yevlax yolundakı DYP əməkdaşalarının mənə qarşı təşkil etdikləri qanunsuz hərəkətləri" barədə şikayət ərizəsini dəyərli oxucularımız üçün maraqlı olduğunu nəzərə alaraq olduğu kimi təqdim ediri:
" Hörmətli Prezident! Bu gün mən şəxsi VAZ 2101 markalı, 48BF288 nömrəli avtomobilimlə xidməti işimdən Bakıdan rayona qayıdarkən Bakı — Şamaxı- Yevlax yolunun 132-ci km -də 99YP 780 dövlət nömrə nişanlı DYP avtomobili saxlatdırdı. YPX inspektoru olan polis çavuşu Murtuzayev Azər Xasay oğlu mənə izah etdi ki, sən Mərəzə postunda DYP işçisinin əmrinə tabe olmamısan ona görə də zəng ediblər ki, səni saxlayıb barənizdə qərar qəbul edək. Mən izah etdim ki, axı mən tələb olunan 60 km \saat sürətlə normaya uyğun həmin postu keçmişəm Və mənə 3 mövcud kameranın altında heç bir DYP işçisi saxlama əmri vermədi. Doğrudur, məndən qabaqda gedən KİA markalı qadın sürücüsü olan avtomobili DYP işçisi saxlatmaq istəsə də o buna məhəl qoymayıb yolunu davam etdirdi. Amma məni saxladan olmadı. Ona görə də xahiş edirəm ki, mənə kamera görüntüləri olan sübutları təqdim edin. Polis çavuşu buna da məhəl qoymadı. Və dedi ki, mənə Mərəzədən poqon yoldaşım zəng edib Və məbn səni cəzalandırmalıyam. Get nə bilirsən elə. Beləcə mənə 12.06.2023-cü il tarixli İXP 5478503 saylı protokol yazdı.
Hesab edirəm ki, DYP sistemində belə özbaşnalıqlara son qoymağın vaxtıdır. Heç bir sübut təqdim etmədən kefləri istəyən sürücünü belə formal cəzalandırmazlar. Belə bazarın aradan qaldırılması vaxtı çoxdan çatıb.
Odur ki, cənab Prezident və DİN rəhbəri cənab Vilayət Eyvazov! Sizdən çox xahiş edirəm ki, Bakı-Şamaxı yolunda mənə qarşı DYP əməkdaşlarının əsassız planlarının və oyunbazlığının, qanusuz hərəkətlərinin dərhal qarşısının alınması və DYP əməkdaşlarının sübutları təqdim edə bilmədikləri halda cəzalandırılmalarını xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk. Sağ olun.
Hörmətlə, Seyidov Xalid
12 iyun 2023-ci il