Azərbaycan Respublikası Qobustan rayonu, Təklə kənd sakini Məhərrəmov Əfqan
Xanəhməd oğlunun Azərbayсan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova
etdiyi müraciətini olduğu kimi dərc edirik .
Hörmətli cənab Nazir,
Sizə bildirmək istəyirəm ki, mən Məhərrəmov Əfqan Xanəhməd oğlu 2001-ci il tarixindən etibarən yaşadığım Qobustan rayonu Təklə kəndində fermer təsərrüfatıyla məşğul oluram. Ailəliyəm və ailə üzvlərim beş nəfərdən ibarətdir.Hər il məndə digər fermerlər kimi təsərrüfatımla əlaqədar olaraq saxladığım xırda buynuzlu heyvanları yerləşdirmək və bəsləmək üçün ferma icarəyə götürürəm. Bizim fermer fəaliyyətimizdə saxladığımız heyvanların inkişaf və artım mövsümü il ərizində beş-altı ay müddətində baş verir. Bu səbəbdən mən növbəti il üçün ferma icarəyə götürmək məqsədilə axtarışa başladım. Nəticədə keçmişdə fermer təsərrüfatıyla məşğul olmuş, lakin sonradan özünün 500(ha) ərazidə yerləşən fermer təsərrüfatını hər il müxtəlif icarə haqqı müqabilində fermerlərə icarəyə verən Qobustan rayon Təklə-Mirzəbaba kənd sakini Əlikram Əzizovla tanış oldum. Mən Ə.Əzizovla qarşılıqlı razılaşaraq ona üç min manat məbləğində icarə haqqı ödədim və ona aid olan fermer təsərüfatını icarəyə götürdüm. Qısa bir müddət keçdikdən sonra Ə.Əzizovla telefon əlaqəsi saxlayaraq ona təsərrüfatındakı fermaların kiçik olduğunu və mənim üçün əlverişsiz şərait yarandığını bildirdim. Söhbət əsnasında icarədara əgər növbəti il üçün təsərrüfatı yenidən mənə heç bir icarə haqqı ödəmədən bir il müddətinə verəcəyi təqdirdə, onun təsərrüfatı daxilində öz vəsaitim hesabına iki ədəd ferma tikəcəyimi bildirdim. İcarədar mənim təklifimi qəbul edərək daha ətraflı üz-üzə mənlə görüşərək danışacağını bildirdi. Səhəri gün Ə.Əzizov öz övladı Xətai Əzizov ilə birlikdə fermaya gələrək mənlə görüşdü və razılaşdıq. Mən öz vəsaitim hesabına razılaşdığımız kimi üç min manat məbləğ sərf edərək Ə.Əzizovun təsərrüfatı daxilində iki ədəd ferma tikdim. Lakin Ə.Əzizov razılaşmamızdan qısa bir müddət sonra qəfil olaraq vəfat etdi. Mərhumun övladı Xətai Əzizov yuxarıda qeyd etdiyim bütün məsələlərdən məlumatlı olduğu üçün, atasının növbəti il üçün mənə verdiyi vədi öz üzərinə götürdü.
Lakin fermer fəaliyyətimizdə saxladığımız heyvanların inkişaf və artım mövsümünün vaxtı gəldiyi zaman mən ona sözü gedən təsərrüfat icarəsi vədini xatırlatdım. O, isə dəfələrlə və ustalıqla mənə müxtəlif yalan vədlər verərək məslədən yayınmağa başladı. Sonradan aldığım məlumatlarda isə məlum oldu ki, Xətai Əzizov məni aldadaraq təsərrüfatı başqa şəxsə icarəyə vermişdir.
Sonuncu dəfə 16 oktyabr 2019-cu il tarixində telefonla X.Əzizova zəng edərək qarşılıqlı razılaşma əsasında mənə verdiyi vədini yerinə yetirməyini ,əks təqdirdə isə üç min manat xərclədiyim vəsaitimi mənə geri qaytarmağını tələb etdim. O isə mənə öz növbəsində ged hara və ya kimə şikayət edirsən et, mən sənə nə təsərrüfatı icarəyə verməyəcəm nədəki xərclədiyin vəsaiti geri qaytarmayacam deyə bildirdi.
Cənab Nazir ,
yuxarıda qeyd etdiklərimi nəzərə alaraq , ailəmiz adından bu haqsızlığın aradan qaldırılması və mənə dəymiş ziyanın ödənilməsi istiqamətində köməklik etməyinizi Sizdən xahiş edirik.
Əvvəlcədən təşəkkür edirik.