Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“City Hospitaldan Səhiyyə Nazirliyinə verilən məlumata görə Oqtay Gülalıyevin vəziyyəti hazırda ağır stabil, keçirdiyi əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir“, nazirlikdən bildirilib.