Ağdaş şəhər sakini Muxtarlı Təbriz Əli oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına etdiyi müraciətini olduğu kimi dərc edirik .
Çox hörmətli cənab Prezident!
Sizin ölkə başçısı olaraq dövlət əhəmiyyətli ağır, bir o qədərdə şərəfli işlərinizlərinizi hər zamanki kimi layiqincə icra etdiyiniz vaxtlarda paralel olaraq daima şəhərlərimizdə və bölgələrimizdə əhalimizin sıx olduğu ərazilərə gəlib sadə vətəndaşlarala görüşməyiniz, onların problemləri barədə müzakirə aparmağınız biz böyük və kiçik bizneslə məşğul olan vətəndaşları hər zaman ruhlandırmışdır. Hər bir sakinin müraciətinə şəxsən dəyər verəcəyinizi bildirməyiniz bizim də məşğul olduğumuz biznes fəaliyyətimizi daha da artırılmasına həvəsləndirmişdir. Belə ki, mən Muxtarlı Təbriz Əli oğlu 25 iyun 1992-ci il tarixində Ağdaş şəhərində anadan olmuşam. Ağdaş şəhər 1-saylı S.Vurğun adına tam orta məktəbdə təhsilimi bitirib hərbi xidmətə yollanmışam. Hərbi xidmətimi başa vurduqdan sonra müstəqil olaraq uzun müddətdir ki, qurduğum (telefon təmiri və aksesuarlarının satışı) biznesimi inkişaf etdirərərk Bakı şəhərimizin ərazilərində əsasəndə əhalimizin sıx olduğu (Metro stansiyaları) çıxışlarında qeyd etdiyim fəaliyyətlə məşğul oluram. Lakin alınan telefon aksesuarlarının satışını, bütün növ marka telefonların təmirini həyata keçirmək üçün dükanlar icarəyə götürüb istifadə edirəm. icarəyə götürdüyüm obyektlərin mənə məxsus daimi olmamasını və icarəsini nəzərə alsaq hər il üçün xeyli xərc çəkməli oluram. Bu da biznesimin inkişaf etdirilməsinə ziyan vurur. Əgər mənə böyük və kiçik biznesə dəstək layihələri üzrə güzəştli kredit verilərsə mən öz qabiliyyətim və bacarığım sayəsində məşğul olduğum biznes fəaliyyətimi ildən ilə inkaşaf etdirə bilərəm.
Aldığım məlumata görə ölkəmizdə bir çox banklar o cümlədən“Kapital“ Bank kiçik-orta biznes fəaliyyətinin inkişafına böyük diqqət ayırır və bu sahəyə güzəştli kreditlərin verilməsini təmin edir. Mən də bir kiçik bizneslə məşğul olan vətəndaş olaraq imkan daxilində 30000-50000 manat civarında güzəştli kredit götürmək istəyirəm.
Cənab Prezident, şəxsi biznes fəaliyyətimin inkişaf etdirilməsi, digər şəxslərdən asılılığımın aradan qaldırılması üçün mənə də şəxsən kiçik bir biznesmen kimi güzəştli kreditin verilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.
Hörmətlə, T.Ə.Muxtarlı