İspaniyanın "Real" klubunun potensial yeni baş məşqçisi Xabi Alonsonun komandaya gətirmək istədiyi futbolçular bəlli olub.
Bu barədə AS nəşri məlumat yayıb.
43 yaşlı mütəxəssis hazırda işlədiyi Almaniya təmsilçisi "Bayer 04"dən müdafiəçi Conatan Ta və yarımmüdafiəçi Florian Virtslə müqavilə imzalamaqda israrlıdır. O, "Real Sosyedad"da çıxış edən Martin Subimendinin də transferində maraqlıdır.
Qeyd edək ki, "Real"ın mövsümün sonunda Karlo Ançelotti ilə vidalaşacağı və onu Xabi Alonsonun əvəzləyəcəyi gözlənilir.
