Cənubi Koreyanın keçmiş baş naziri və prezident səlahiyyətlərini icra edən Han Dok Su prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan edib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
O vəd edib ki, prezidentlik müddətini azaltmaq üçün konstitusiyaya düzəlişlər edəcək və ticarət sahəsindəki böhranın aradan qaldırılması üçün iqtisadi təcrübəsindən istifadə edəcək.
Han Dok Su mayın 1-də vəzifəsindən istefa verdiyini bəyan edib. Ölkədə növbədənkənar prezident seçkiləri iyunun 3-nə təyin edilib.
