Ötən ilin son aylarından başlayaraq ölkədə aparılan ciddi kadr islahatları 2020-ci ildə də davam etdiriləcəyi əvvəlindən deyilirdi və bu prosesin tərkib hissəsi kimi də parlament seçkiləri də göstərildi.
Daxil olan məlumata görə, bu əsnada illərdir adı ciddi maliyyə qalmqallarında, “Beynəlxalq Bank” olayında hallanan Maliyyə naziri Samir Şərifovun da vəzifədən çıxarılacağı gözlənilir. Artıq yuxarılara da aydın olmağa başlamışdır ki, "Beynəlxalq Bank işi" maliyyə naziri S.Şərifov tərəfindən ortaya atılmış və əsas hədəfin də Azərbaycanda ikinci maliyyə qruplaşmasının başında duran ahangir Hacıyevin "vurulması" məqsədilə ortalığa atılmışdır. Doğrudur, hadisələrin son 5 illik gedişi göstərdi ki, ikinci maliyyə qruplaşmasına rəhbərlik edən nazir "ABB işində" "qalib" çıxsa da, hadisələrin sonrakı gedişi onun əleyhinə çevrilməyə başladı. Və tezliklə əsil həqiqətlər üzə çıxmağa başladı.
Son günlər ciddi şəkildə mövqeyinin müdafiəsinə qalxan komandası onu bu postda qorumağa çalışır. Amma mənbə bildirir ki, bütün cəhdlərə baxmayaraq Şərifov postunu itirəcək. Onun yerinə nazirin müavini Azər Bayramovun təyinatı gözlənilir.
Azər Bayramov həm də büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir.
Qeyd edək ki, Azər Bayramov 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub.
1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə – İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasını almışdır. 2000-ci ildə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1990-cu ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlayıb.
1992 – 1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin “Beynəlxalq vergiqoyma”, 1997 – 1999-cu illərdə isə “İri vergi ödəyiciləri ilə iş üzrə” idarələrinin rəisi olub. 2000 – 2004-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Xatırladaq ki, əslən Gədəbəy rayonundan olan Azər Bayramov Təhsil naziri cənab Ceyhun Bayramovun qardaşıdır.
İfadetv.com