“Hesab edirəm ki, 14 mayda üçtərəfli görüşün planlaşdırıldığı Brüssel səfərində sülh sazişinin imzalanması çətindir”.
Publika.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 14 mayda Brüsseldə növbəti görüş baş tutacaq.
