ABŞ Nümayəndələr Palatası ABŞ prezidenti Donald Trampın vəzifədən getməsinə qərar verdi. ABŞ Konqresinin Nümayəndələr Palatasının Trampı impiçment qərarından sonra məsələ Senatda müzakirəyə çıxarılacaq. Respublikaçıların çoxluq təşkil etdiyi ABŞ Senatında da Trampın impiçmentinin baş tutması üçün azı 20 Respublikaçı senator mövqeyini dəyişməlidir, buna görə bu ssenarinin orda da baş tutacağı gözlənilmir.
Bbarədə "Al-Jazeera" bildirir.
Nümayəndələr Palatasının Ədliyyə Komitəsi keçən həftə Trampın, "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "Konqresin fəaliyyətinə maneə törətdiyini" müddəaları ilə impiçment qərarnaməsini təsdiqləmişdi. Ədliyyə Komitəsi məsələni Nümayəndələr Palatasına göndərdikdən sonra baş tutması üçün səs çoxluğu tələb olunurdu. Proses indi ABŞ Senatına köçürüləcək və Senatda üçdə iki səs çoxluğu lazımdır.
ABŞ Nümayəndələr Palatası əvvəllər 7-ci prezident Andrew Johnson və 42-ci prezident Bill Klintonu vəzifəsindən kənarlaşdırmışdı, ancaq üçdə iki səs çoxluğunu tələb edən Senat bu adların vəzifələrindən getməsini təsdiq etməmişdi.
Trampın məsələsi yanvarın 6-da ABŞ Senatının müzakirəsinə veriləcək. Bununla bərabər, xüsusilə 2020-ci il seçkilərindən əvvəl Trampın Respublikaçıların nəzarətində olan Senat tərəfindən vəzifəsindən azad edilməsi asan görünmür. Onu vəzifədən kənarlaşdırmaq üçün 100 nəfərlik ABŞ Senatının 67 üzvü onun getməsinə səs verməlidir. Senatda 53 respublikaçı senatorun olduğunu nəzərə alsaq, Tramp onu prezidentlikdən çıxarmaq üçün partiyası daxilində 20 respublikaçı senator əks cəbhəyə keçməlidirlər. ABŞ Senatının əksəriyyətinin lideri olan Respublikaçı Mitch McConnellin, impiçment məsələsində Tramp cəbhəsinə sadiq olduğu bilinir.
Tramp Senat tərəfindən vəzifəsindən çıxarılarsa, ABŞ-ın vitse-prezidenti Mayk Pens 20 yanvar 2021-ci ilədək, yeni prezident seçilənədək onun vəzifəsini icra edəcək. Prezident seçkiləri əvvəlcədən planlaşdırıldığı kimi 2020-ci il yanvarın 3-də keçiriləcək.
