Son 5 çağırışda Qax rayonundan deputat seçilən Aazər Kərimlinin Londonda biznesi varmış. JAMAZ.İNFO xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O qeyd edib ki, “KARİMLİ LİMİTED” (CARRIMLI LIMITED) adlı şirkət 2018-ci ilin sentyabrın 13-də 11566535 saylı şəhadətnamə ilə Londonda qeydiyyatdan keçib. “Reyestr məlumatlarına görə şirkət daşınmaz əmlak satışı ilə məşğuldur. Qeydiyyat ünvanı 186 Ability Place, 37 Millharbour, London, United Kingdom, E14 9DF”.
Aaraşdırmaçı bildirir ki, şirkətin təsisçisi Fəxri Kərimli Azərbaycan vətəndaşı olmaqla yanaşı, Oksford məzunudur. “Atası Azər Kərimli YAP-ın namizəd siyahısı ilə Milli Məclisin son 5 çağırış deputatı seçilib”.
Qeyd edək ki, Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyətinin biznesi var. Hətta özünü “müxalifət” olaraq sırıyan deputatların belə müxtəlif xarici ölkələrdə biznesinin olması gizli deyil.