9 fevral parlament seçkilərində bir neçə biznes sahibləri mandat qazandı. 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat olan Allahverdiyev Elnur Marat oğlu “ABC Telekom” şirkətinin rəhbəri olub. Bu şirkət “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. Onun MSK-ya təqdim etdiyi məlumata görə, isə hazırda Heydər Əliyev Mərkəzində direktor müşaviridir. Deputatın rəhbəri olduğu “Kontakt Home” şirkəti ilə bağlı mediada çoxsaylı şikayətlər yer alıb. Belə şikayətlərdən birini diqqətinizə çatdırırıq.
Bildirək ki, sosial şəbəkədə vətəndaş Vəli Quliyevin başına gələnlərlə bağlı yazdıqlarını olduğu kimi dərc edirik:
“Kontakt Home kredit mütəxəssisi mafiyadır ?
Bugün gənc bir ailə üçün kreditə LCD Plazma götürmək üçün Kontakt Home-un Neftçilər metrosunun çıxışındakı mağazasına yaxınlaşdım.Sıra nömrəsini götürüb oturmuşdum.Sıra mənə gəldi və bizi əməkdaş Vüsal Amanov qəbul elədi.Bundan sonra yazacaqlarımı diqqətlə oxuyun.
Vüsal Amanovla dialoqumuz əsasında məlumatlarımı yoxladı və ev nömrəsi istədi.Mən ev nömrəsini verəndə ev sahibinin kim olmasını soruşdu.Məndə normal olaraq ev yiyəsi olduğunu və həmin evdə kreditə qaldığımızı bildirdim.Qeydiyyatda olduğum ünvanda yaşadığımı söylədi və məndə normal olaraq bəli yaşamışam, indi isə o ev sökülüb deyə köçmüşük.Mənə həmin evin sənədlərini gətirməyimi istədi.Mən isə həmin sənədlərin tikinti şirkətində olduğunu və istəsələr oradan təsdiqləyə biləcəklərini bildirdim.Həmdə virusla bağlı əksər şirkətlərin bağlı olduğunu, işləmədiyini diqqətinə çatdırdım.Bundan sonra zamin olsa kredit verə biləcəyini bildirdi.Zamində yanımda gələn dostum idi.Dövlət işçisi olduğunu bildirdim və onun zamin durmasında problem olmayacağını diqqətinə çatdırdım.Sistemdə yoxlayandan sonra onun dəfələrlə müraciət edib, mənfi cavab aldığını dedi.Mən isə təəcüblə niyə olduğunu soruşdum.Normal olaraq mənə qanuni əsaslandırılmasını istədim.
Mənə verdiyi cavaba baxın.Onu mən bilərəm niyə vermirik.Sonra isə mənə bildirdi ki, sizə kredit düşmür get valideyninlə gəl götürərsən.Lol hələ heç qanunvericiliyi bilmir ki, mənim 26 yaşım var və mənim valideynlə nəsə götürməyə ehtiyacım yoxdur.Mən isə əsəbi şəkildə Məlikməmməd nağılı danışırsınız deyib mağazanı tərk etdim.
Yolda Xalqlar metrosu çıxışındakı Kontakt Home mağazasına getməyi düşünürdüm.Amma sistemdə mənim barəmdə Vüsal Amanovun nəsə yazacağından şübhələnmişdim.
Yenə eyni qayda ilə getdim və əməkdaş bizi qəbul elədi.Sistemə vuran kimi qayıtdı dedi ki, üzrlü sayın siz ancaq Vüsal Amanovdan kredit götürə bilərsiniz.Başqa heç bir mağazamızda Sizə kredit verilməyəcək.Bunu isə əməkdaşın yazdığını dedi və daha sonra isə mən irad bildirəndə ki, əməkdaş mafiyadı istədiyi hərəkəti etsin ?
O dediyi sözü dandı və dedi ki, mən elə demək istəmədim.
Yenə mən həmin mağazaya müdirin yanına gəldim.Çingiz adlı müdür məni qəbul etdi.Olanları və əməkdaşın mənə dediyini bildirdim.O cümlədən tək onun necə kredit verə biləcəyini də diqqətinə çatdırdım.O isə dedi ki, siz evin sənədlərini gətirə biləcəyiniz halda kredit verilə bilər.Mən isə ona bildirdim ki, əgər bu halda yenə həmin əməkdaş mənimlə prinsip aparıb kredit verməsə necə olacaq ?
Dedi *6060 qaynar xəttinə müraciət edərsiniz.Şirkət nümayəndəsi ilə əlaqə saxlayıb, onu evindən xahiş edib ofisə çağırdım ki, sənədlərimizi versin.Sənədləri götürüb yenidən həmin mağazaya qayıtdım.
Siz indi bunun növbəti hərəkətinə fikir verin.Sıra nömrəm AA042 çıxdı.Bu nömrənin 5-ci əməkdaşa düşdüyünü monitorda gördüm.Həmin əməkdaş imtina edərək, sizi Vüsal Amaşov qəbul edəcək dedi.Mən isə heçnə demədən gözlədim.Bu mənim nömrəmin üstündən AA045 kimi vətəndaşları qəbul elədi.Artıq heç kəsin olmadığını görüb, özüm yaxınlaşdım ki, bizi qəbul edəcəksiniz.Dedi işim var yekunlaşdırım qəbul edəcəm.
Yenidən əyləşdim.Birdə gördüm Vüsal Amanov müdürün otağına girib, 5 dəqiqə sonra çıxdı.Yaxınlaşın dedi.
Mən gəldim və dedim ki, müəllim dediyiniz sənədləri gətirmişəm.
Siz indi onun mənə dediyi sözlərə fikir verin və görün Kontakt Home mafiya işçilər işlədir.
– Mən burada işlədiyim müddətdə sizə kredit verilməyəcək, heç bir mağazadan götürə bilməyəcəksən və bunu ancaq mən verə bilərəm.Siz valideyninizlə gələndə kredit götürə bilərsiniz.Mən ona dedim ki, mənim 26 yaşım var və valideyndən məsləhətsiz istədiyim hərəkəti etməkdə sərbəstəm və buna görə də özüm cavabdehlik daşıyıram.
Mən indi Kontakt Home sual edirəm bu Vüsal Amanov adlı əməkdaş Kurtlar Vadisinə çox baxıb özünü Polad Ələmdar, Çakır ya Memati hesab edir ? !
Hörmətli Elnur Allahverdiyev əməkdaşlarınız mafiyadır ?”/cumhuriyyet.az/