Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edibki, “məlumat verin,gondərin məktubları.İndi Prezident adminstrasiyasında tam başqa bir vəziyət var.Əvvəllər kimdənki şikayət edirdilər,ona göndərirdilər.O da həmin şikayətçini əzirdi orda.İndi buna son qoyulur”.
Cənab Prezident vəziyyət əvvəlki kimidir.Zorlayanın deyil,onu görənin qözlərini kör edirlər.
Ədliyyə Nazirliyi Tibb baş idarəsinin hüquqsuz məhkumlara icarəyə verdiyi motellər “TSH”,orada kef edən narkobaron,qanqster,dələduzlar barədə yazılarımıza cəvab verən general Rəfail Mehdiyevin kassiri İftixar Qurbanov faktları cözmək əvəzinə, mənbə axtarışına girişib bizə telefon açıb şikayətçinin kimliyi barədə maraqlanır.Sözsüz ki, o buna vərdiş edib.O ömrü boyu dovləti və xalqı alladıb, məhkumları istismar edib.Bütün fundamental konstitusion hüquqları bazar predmetinə cevirib.
11 saylı CÇM barədə yazıları dəvam etdirəcəyik.Sadəcə bu gün redaksiyamıza gələn ağbircək ananın fəryadı onun söylədiklərini ön plana kecirdi.Övladı Hüseynov Zaur Zahir oğlu ağır xəstə olmağına baxmayaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətinin böyük Şor qəsəbəsində yerləşən müalicə müəssisəsində yatmağa carpayı,müainədən keçməyə həkim, tələb olunan rüşvəti verməyə imkan YOXDUR!
Beləki, özünü Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun qohumu olduğunu iddia edən,MM-in baş həkimi Cəlilov Nicat Vidadi oğlu,Zaurdan birinci ay ücün-100, ikinci ay ücün-200, ücüncü ay ücün-300 manat tələb edir.Dərman ləvazimatı yoxdur,dövlətimiz krizis kecirir deyir və s.
Apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, hazırda müalicə müəssisəsində yalnız və yalnız 40 nəfər narkobaron,20 nəfər prezidentin caxırışlarına məhəl qoymayan məmur övladları ayda 5.000 manat icarə haqqı ödəməklə kef cəkə bilirlər.Xəstəxananın ərazisi bazarı xatırladır.Kimki, cöldə-bayırda gəzmək istəyir 500 manat ödəyib “vıxıd” alır.İmkanı olmayan ən ağir xəstələr belə ayba-ay ekvivalent üzrə tələb olunan icarə haqqını verməlidir,əks halda etaba vurulacağına şübhə yoxdur.Pulsuzluqdan hər gün dünyasını dəyişən sahibsiz məhkumlarla yanaşı gününü EYŞ-işrətdə kecirən “burjuların” ağ xalatlı tibb bacısı və həkimlərlə yaşadığı sıcaq münasibətlər adba-ad təqdim edəcəyik.
Məhkum İlham Axundovla tibb bacısı Səidə Məmmədova hekayəsindən başlamış,Nicat Cəlilov,Kəmalə Əliskəndərova rüsvaycılıqlarına qədər.
İfadetv.com
İfadə Cəfərzadə
Ardı var