Cəlilabad rayonun Uzuntəpə kənd sakini, əlil təqaüdçü, Böyük Vətən Müharibəsi iştirakçısı Nuriyev Qaraşın dul qadını Nuriyeva Meyxanım redaksiyamıza göndərdiyi şikayət məktubunda Cəlilabad rayon İcra Hakimiyyətinin Uzuntəpə kənd icra nümayəndəsi Əlifağa Mirzəyevin onu nahaq yerə şərləməsindən şikayətlənir. İcra nümayəndəsi yerli polisə şikayət ərizəsi verərək guya 80 yaşlı qadın tərəfindən kənd icra nümayəndəliyin inzibati binasının 22 aprel 2020-ci il, səhər saatlarında qəsdən yandırdığını bildirmişdir.
Əlifağa Mirzayev
5 may 2020-ci il tarixində xəstə qadından Cəlilabad rayon Polis Şöbəsində izahatı alınmışdır. Bundan hiddətlənən Meyxanım xala göndərdiyi video müraciətdə bird aha qeyd edir ki, İcra nümayəndəsi Əlifağa Mirzayev onu qəsdən şərləyir. Çünki, bu yanğın hadisəsindən bir neçə gün əvvəl o da başqa imkansız və baxımsız kənd sakinləri kimi icra nümayəndəliyinə getmiş və maddi ərzaq yardımı istəmişdir. Ona rədd cavabı verildikdə isə yaşlı qadın binanın qarşısında digər sakinlər kimi etiraz etmiş və dölət tərəfindən gələn yardımları özləri bölüşdürdüklərini, kasıbların payını mənimsəməkdə günahlandırmışdır. Budur, 22 apreldə inzibati bina necəsə yandırılmışdır. Və dərhal icra nümayəndəsi mənim adımı şübhəli şəxs kimi polisə təqdim etmişdir. Axı mən zorla yeriyirəm, bir gözüm görmür, əlil və xəstəyəm. Sağ olsunlar ki, yerli polislər də mənə birtəhər izahat yazdırıb buraxdılar. Və məni dəvət etiklərinə utandılar. Amma nə etməli, Əlifağanın 500 ha torpağı var, obyekt kimi dəyirmanı var, narkotik satır. Dolanır. Biz isə acınacaqlı vəziyyətdə qalmışıq.
Əlifağanın qardaşıoğlu Cəlilabad rayon polis Şöbəsində Cinayət Axtarışları Şöbəsinin rəisi işləyir. Bu adam da ona güvənərək hamıya təzyiq edir. Mən sizdən çox xahiş edirəm ki, cənab prezidentimiz İlham Əliyevə mənim şikayətimi çatdırın ki, İcra nümayəndəsi Əlifağanın rəzalətinə son qoysun,biz kasıb insanları şərləməsin ki, gəlib ərzaq yardımı istəyək.
P.S. Əlifağa Mirzayevlə bağlı digər mənbədən aldığımız məlumatdan da aydın olur ki, istər kənd icra nümayəndəliyi, istərsə də yerli bələdiyyələrin heç birində idarənin möhürü saxlanılmır. Vətəndaşlar hər hansı arayış almaq istədikdə deyirlər ki, möhürləri İcra Hakimiyyətindən götürüblər. Gərək gedib sənədlərə orda icazəilə möhür vurdurub sonra gətirək. Digər məlumatda isə deyilir: MİRZAYEV ƏLFAĞA ÇƏLİLABAD RAYON UZUNTƏPƏ KƏND İÇRA NUMAYƏNDƏSI İŞLƏYİR QACAQ MALÇDIR. BU YAXNLARDA YAXİN QOHUMU ƏDİL ADLİ ŞƏXS BUNUN TUTULAN KÜLÜ- MİQDARDA NARKOTİK MADDƏLƏRİNİ ÖZ ÜSTÜNƏ GÖTÜRDÜ VƏ ƏDİLƏ SÖZ VERSƏLƏDƏ SƏNƏ KÖMƏK EDƏÇƏYİK NARAHAT OLMA, DESƏLƏR DƏ SÖZLƏRİNƏ ƏMƏL ETMƏDİLƏR. HAL HAZİRDA HƏBSDƏ OLAN ƏDİLLƏ PROBLEB YAŞAYİRLAR.RAZILIĞI GƏLƏ BİLMƏDİKLƏRİNƏ GÖRƏ APELASYA ŞİKAYƏT EDƏN ƏDİL ƏLFAĞA VƏ ONUN QARDAŞİ OĞLU ÇƏLİLABAD RAYON ÇİNAYƏT AXDARİŞ ŞÖBƏSİNİN RƏYİSİNINDƏ MƏHKƏMƏYƏ CAĞİRİLMASİNİ SÖZ VERİB.”
İfadetv.com adları qeyd edilən şəxslərin də mövqeyini dərc etməyə hazırdır.