Ərinin Bakıda olmasından istifadə edən iki kişi qadına dəhşət yaşatdılar
Bu gün Cəlilabad rayonundan aldığımız məlumata əsasən məlum olmuşdur ki, adının çəkilməsini istəməyən ailəli xanım kənd sakini (əri Bakıda işləyir) 20 gün əvvəl Yusubov Əziz Sulduz oğlu və İbrahimov Bəhruz Zərbala oğlu tərəfindən zorakılığa və təcavüzə məruz qalmışdır. Qadın ona qarşı törədilən təcavüzkarların ona hədə-qorxu gəlməsindən və ailədə yaranmış pis vəziyyətə görə özünü intihar etmək istəmişdir. Mayın 9-da onun şikayəti əsasında hal hazırda hər iki şəxs saxlanılaraq Cəlilabad RPŞ –də 4 gündür saxlanılırlar. Aldığımız məlumata görə Uzuntəpə kəndindən olan polis zabitləri ( Cinayət axtarış şöbəsinin rəisi) bu cinayəti ört basdır etmək üçün çalışırdılar . Bu məsləilə bağlı zərəçəkmiş xanımın xahişilə redaksiyamız adından bu gün saat 13-də DİN rəhbərliyinə müraciət etdik. Videomüraciətdən də göründüyü kimi təcavüzə uğramış qadın mayın 9-da onun polisə şikayəti əsasında 4 gün saxlanılsa, da bu gün saat 3 radələrində hər ikisi buraxılmışdır. Qadın yalvarırdı ki, nə olar o iki kişini həbsdən buraxmasınlar, yenə dözülməz vəziyyət yaradacaqlar. lakin 3 saat əvvəl eşidən də ki, onu hədələyən, zorakılığa və təcavüzə məruz qoyanlar polisin köməkliyi sayəsində azad oldular, o çarəsiz durumda uzum sirkəsi içərək intihara cəhd etmişdir. Hazırda onu qonşuların köməkliyi sayəsində xəstəxanaya çatdırmışlar. Vəziyyətinin ağır olduğu bildirilir.
İfadetv.com
P.S. Təcavüzə məruz qalmış ailəli qadının vəziyyətilə bağlı əlavə məlumat veriləcəkdir.