Azərbaycan həbsxanalarında həyata keçirilən Anarxiya "islahatlarını" şərhsiz videoya çəkib nümayiş edilərsə OSKAR mükafatı qapıları dolanar.
Hazırda 1 saylı bazarda (C.Ç.M) rəisin tərbiyəsiz işlər üzrə müavini vəzifəsində məhkumların bütün hüquqlarını,O cümlədən 4/3-çatmış şəxsə 1 aylıq azadlıq haqqı 500-1000 manat;Poşereniya 300 manata satan əslən Tər-Tər rayonundan olan Elşad Quliyev kitabxana adlanan məkanı həmyerlisi məhkum Əhliman Məmmədovla birlikdə pritona çevirərək, transların müştəri qəbulu pritonuna cevirib,calaqçılıqla məşğuldur.Arvadının hesabına şellənən Elşad Quliyev 17-ci zonda rəis vəzifəsini icra edərkən,azadlığa yenicə buraxılmış Yəhyanın toy mərasimində oynadığı "Dolya Vorovskaya" klipinə görə "cəzalandırılaraq" 1 saylıya kef etməyə göndərmişlər.
Bu adamın hazırda işi-gücü məhkumları soymaq,Tolikin əlindəki şortu-biznes yığnağıyla eyş-işrət məclisi qurmaq,narkotikadan dumanlanmaqdır. Elşad Quliyevi yoxlamağa cəsarəti çatan dövlət qurumu olarsa onun telefon stenoqrammasına diqqət etsə hər şey elşad olar.
1 saylı bazardan Redaksiyamıza məktub ünvanlayan məhkumlar bizdən qəzet-kitab istəyirlər.
Bildirirlər ki, burda heç nə yoxdur.Kitabları çoxdan təndirə töküb yandırıblar.Qəzet deyilən zadın ümumiyyətlə sifətinə həsrətik.
Sözsüz ki,Məhkum vətəndaşlarımızın vəziyyətini nəzərə alıb OXULAR göndərəcəyik.
Əldə etdiyimiz məlumata görə,Zonda gəlirli sahələr hər ay 100000 manatdan çox gəlir gətirir.
-Şayxana İlham (məhkum)-5000
Menyuya pornoqrafiq fiımlər, TOPAZ və.s aiddir.
-Kafe Habil baş nəzarətçi işlədir.Ayı 8000 manat təşkil edir.
-Kompyuter otağı adlanan məkanda 17 kompyuter var və bu məkanda sırf porno Xidməti ğöstərilir,üstəgəl çay-kofe-ləbləbi müştərilərə təklif edilir.
Mərkəzin başqanı əslən Fizuli rayonundan olan Məmmədov Əvəz
Vətən oğludur.Quldurluq maddəsilə cəza çəkən bu adam zona yeni yatab olunan şəxslərdən karantin pulu toplayır (500-5000 manat), çarpayıları 500 manatdan,otaqları 5-10.000 manata Narkobaronlara satır.Ümumiyyətlə bu məkanda dəyərli-dəyərsiz pula gedən hər şey piştaxta üzərindədir.
Təkcə 12 nömrədən ibarət telefon ayda 25.000 manat qazandırır.
Ən çox qazanc İnsanlıq üzərində həyata keçirilən Zülmlərdən-İşgəncədən-qanun alverindən və.s,toplanır.
Talış Muğan Respublikasının 1 saylı bazarındakı əsas nümayəndəsi,Elşad Abdullayev (ABU) institunun məzunu Çingiz Hadıyev öz missiyasını Narkobaronlar üzərindən quraraq Narkotika satanlar (Fuad-Anar-Azər-Məhərrəm-Rövşən-Zaur-Əvəz...) vasitəsilə çəkənlər üzərində oyunlar oynasada,Bazar sakinlərinin 99 faizi narkomandı !!!
Çingiz Hadıyev həmdə fiziki işgəncə verməklə tanınır.O,Anar Cəbrayılovu yerini batırana kimi,Bəhruz Qafarovu telefonçu Nahid Nəcəfova "Söyüş söymə ailəmlə danışıram" etirazına görə ölənədək, Şəhid Övladı Elvin Oruclu Narkobaron-Zaur Nəsirova etiraz etdiyinə görə faşizmin sifətləri göstərilmişdi ki,bütün bu kimi repressiyalar rüşvətlə yoluna qoyulmuşdur.
Ən çox zəruri islahata ehtiyac duyulan sahə məhz Penitensiar Xidmətdir...
Prezidenti hələdə aldadanlar VAR...
(ardı var)