Yanvar ayında İran generalı Qasım Süleymaninin sərrast zərbəilə məhv edilməsinin ABŞ tərəfindən həyata keçirlməsini bütün dünya ictiçaiyyəti izlədi. Və ABŞ prezidenti öz rəsmi çıxışında bu terror aktının necə həyata keçirilməsini tam açıqlama ilə bəyan etdi.
Artıq Azərbaycan mətbuatında da şəhid generalımız Polad Həşimovun da dəqiq zərbə nəticəsində öldürülməsi planının həyata keçirilməsinin ermənilərin birbaşa həyata keçirməsinin iqtidarında olmadığı yüksək səviyyəli ekspertlər tərəfindən izah olundu. Və generalımızın ölümünün eynilə Çeçenistan prezidenti Cövhər Dudayevin məhv edilməsinə oxşar plan əsasında həyata keçirildiyi bildirildi. Bəli, qeyd edilənlərdə böyük həqiqət payı var. Belə ki, generalımız Raul Rzayevin qətli də bu günə kimi açılmamış qalmışdır. Yenə də oxşar ssenari. Xarici ğlkə səfirlikləri nümayəndələrinin R.Rzayevin qətlə yetirildiyi hadisə yerini təhqiq edərkən mütəxəssislər belə nəticəyə gəlmişlər ki, burada terrorçiların istifadə etdikləri snayper silahlarından yox, daha dəqiqliyə və yüksək texnoloji parametrlərə malik müasir silahdan istifadə edilməklə bu terror hadisəsi törədilmişdir. Yəni. belə başa düşüıdü ki, Raul Rzayevin qətli, çox uzaq məsafədən, yüksək dəqiqliklə həyt keçirilmişdir ki. belə silahlara ylnız müasir dünyada az az dövlətlərin sərəncamında olur. Verilən məlumatın həqiqətəuyğunluğu onunla izah olunur ki, hadisə MTN nazirinin yaşadığı evin ərazisində baş vermiş, və heç bir terrorçu 300-800 metr məsafədən bu terroru belə dəqiqliklə yerinə yetirə bilməzdi. ə 3 saatdan sonra generalın tələskənliklə dəfn olunması onu deməyə əsas verir ki, atılan güllənin hansı məsafədən start götürməsini, hansı silahdan istifadə olunmasını təyin edilməsində mraqlı tərəf olmayıb.
Şəhid generalımız P.Həşimovun məhv edilməsi planı da yalnız onun istifadə etdiyi və birbaşa rabitə peykilə xüsusi əlaqəsi olan mobil vasitənin şifrəsinin əldə edilməsindən sonra həyata keçirilə bilərdi. Məslən, ABŞ tərəfi Suriyada vuruşan Kürd terroristlərinin rəhbərliyini belə peyk rabitə vasitələrilə birbaşa xususi kodla əlaqə yaradan cihzlarla təchiz etmişdir. Belə rabitə vasitələrinə heç bir halda müdaxilə edib qulaq asmq və yerini təyin etmək mümkün deyildir. Göründüyü kimi, Azərbaycan generalları da öz təhlükəsizliklərinin təmin edilməsi və əmrlarının gizli qalması məqsədilə belə rabitə vasitələrindən təbii ki, istifadə edirlər. Cövhər Dudayev ona görə yeri təsbit edilərək öldürüldü ki. onun rabitə vasitəsi ABŞ istehsalı idi və Rusiya tərəfin xahişi nəticəsində prezidentin istifadə etdiyi birbaşa peyk vasitəsilə olan mobil cihazının şifrəsi nəyinsə müabilində ruslara verildi. Və dəqiq zərbə nəticəsində prezident öldürüldü. Bəs bizim generalın istifadə etdiyi son dərəcə məxfi cihaz vasitəsilə yerini təsbit edilməsi necə həyata keçirilib? Orta təhsili olan hər bir kəsə də məlumdur ki, generalımıza qarşı yüksək dəqiqliklə həyata keçirilmiş bu terror aktı ermənilərin xüsusi bacarığının və isteddının nəticəsində həyata keçirilə bilməz. Bu terrorun başqa bir mesaj da Azərbayacan Müdafiə Nazirliyinin hərbi rəhbərliyinə ünvanlanmışdır. "Bir daha cürət edib, Dağlıq Qarabağ və ya Ermənistanla sərhədd bölgəsinə gəlməyi ağlınızdan keçirməyin!" Bu mesajın verilib verilməməsinin nə dərəcədə həqiqət olub olmamasını yaxın zamanlara Müdafiə Nazirliyimizin komandalığından kimnsə cəbhə bölgəsinə gedib-getməyəcəyi göstərəcək.
Dünəndən etibarən Rusiya tərəfinin özlərinin də adlandırdığı 5 günlük sürpriz hərbi təlimlərə Qara dənizdən Xəzər dənizinə qədər olan cənub bölgəsini əhatə edəcək zonada start vermələri onu deməyə əsas verir ki, ermənilər tək deyil, və kimsə onlarala hərbi dildə danışa bilmz.Danışarlarsa, qarşılarında Rusiyanın 150 min əsgərini, yüzlərə raket, təyyarə və tanklarını görə bilər. Budur, təlimlərin nəticəsində Tovuz rayonu istiqamətində sülh bərqərar oldu. Sitatın sonu.
İfadetv.com-un araşdırma qrupu
