Sumqayıt şəhər sakini Rzayev Samid Nüsrət oğlu Azərbaycan Respublikasının dirktiv orqanlarına etdiyi müraciətdə
Sumqayıt şəhər Polis İdarəsinın məsul şəxsləri ilə evindən oğurluq edən şəxslərin gizli sövdələşmələrinin qarşısının alınması və hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqının Sumqayıt Prokurorluğu tərəfindən aparılmasını xahiş edib
İfadetv.com külli-miqdarda zərərə düşmüş vətəndaş Samid Rzayevin məktubunu olduğu kimi oxucuların diqqətinə çatdırır. O,yazır:
Mən,Rzayev Samid Nüsrət oğlu yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, 20 iyun 2020-ci il tarixdə,gecə saat 23:26 dəqiqədə yaşadığım evdə baş vermiş oğurluq hadisəsində şəxsi əşyalarım və içərisində qızıl-zinət əşyaları,brilliant olan əl çantamın aparılması nəticəsində 41000 manat maddi ziyan dəymişdir.Hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin 4-cü PB-də ilkin təhqiqat aparılmış və iş materialları İstintaq İdarəsinə göndərilmişdir.27 iyun 2020-ci ildə Sumqayıt ŞPİ-nin müstəntiqi Əmrah Rüstəmov cinayət işinin başlanması barədə qərara qəbul etmişdir. Lakin qərarda mənə dəymiş ziyanın 25000 manat olduğu göstərilmişdir.Halbuki, mən izahatımda 41000 manat ziyan dəydiyini yazmışdım. Niyə 4-cü PB-nin rəisi bu rəqəmi qəsdən azalmış formada yazdırdı mənə aydın deyil.
Binanın kamera görüntülərindən də cinayətkarın üzü açıq-aydın görünür. Lakin bununla bağlı polis heç bir tədbir görmək istəmir.Oğurluq olduğu gecə, evimdən qızı-zinət əşyalarıilə birlikdə çay dəsmalı da götürülmüdür. Hansı ki, kamera görüntüsündə bu dəsmalı oğru başına salıb kameralardan yayınmaq istəyib.Hadisənin sabahsı günü bu dəsmal da oğrunun evindən aşkar edilərək götürülmüşdür. Hazırda bununla bağlı da heç bir araşdırma aparılmır. Oğurluqda şübhələndiyim şəxslərlə söhbət zamanı onlar bildirdilər ki, bizi polis rəisinin müavini Rauf Babaşov qoruyur, havadarlıq edir.Necə olub ki,oğru yaşadığım binanın əsas qapısından jetonla rahatlıqla daxil olur, sonra 3-cü mərtəbədəki evimə 23-30 radəsində balkondan plastik qapını sındıraraq içəri girir və əşyaları götürüb 16-cı mərtəbəyə, maklerin mənzili olan otaqda digər narkoman yoldaşının yanına qalxır və tez də düşüb gedir. ( kamera görüntüləri disklə təqdim edilib)
Şübhələndiyim şəxslər,Rəhimov Alik Mürvət oğlu və Əhədov Rəşid Vaqif oğulu mənə deyirlər ki, bizim arxamızda Sumqayıt ŞPİ-nin rəis müavini Rauf Babaşov dayanıb. Həmin adamların bizim tərəfimizdən dəflərlə şübhəli hərəkətləri ilə diqqət çəkən şəxslər olduğu aydındır. Bu şübhəli şəxslər narkoman və oğurluq etdiklərinə görə əvvəllər də barələrində cinayət işləri olub. Budur, son günlər müstəntiq bu adamların tapılaraq istintaqa gətirilməsini tələb etsə də, 4-cü PB-nin əməkdaşları buna əhəmiyyət vermir, şübhəliləri qəsdən İstintaqa gətirmirlər. Bu gün mənə o da məlum oldu ki, Sumqayıt ŞPİ-nin rəisi Nəriman müəllimin də bu hadisədən xəbəri var. Lakin o, da bu üzdə olan oğruların tutulub istintaqa təhvil verilməsində maraqlı görsənmir.Hadisənin baş verməsindən 27 gün keçməsinə baxmayaraq, heç bir istintaq işi aparılmır. Sadəcə görünən budur ki, polis cinayət işi başlanması barədə formal qərar qəbul edib və işi atıb bir tərəfə. Mən yuxarı orqanlara da bu barədə şikayətlər göndərsəm də hələlik nəticəsi yoxdur.
Cənab Prezident İlham Əliyev. Ölkəmizin indiki müharibə şəraitində, pandemiya dövründə Sumqayıt polisinin passivliyi və üzdə olan, hadisəni etiraf edən oğruları istintaqa cəlb etmək istəməməsinin məncə bir adı var. Dövlətə xəyanət. Ona görə Sizə güvənərək xahiş edirəm ki, bu oğurluq hadisəsinin tezliklə açılması üçün istintaq araşdırmalarının Sumqayıt şəhər Prokurorluğuna verilməsi barədə aidiyyatı üzrə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
İfadetv.com Qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
Araşdırmalarımız dava edir.