Azərbaycanla atəşkəsin bərpasında Moskvanın xüsusi rolu var.
azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, iyulun 12-dən sonra beynəlxalq ictimaiyyət atəşkəs rejiminin pozulmasına dair çoxsaylı çağırışlar edib.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri və təmsil etdikləri ölkələr atəşkəsin bərpasında mühüm rol oynadılar. Bu baxımdan Rusiya Federasiyasının cəlb edilməsi xüsusilə təsirli oldu. Bu, həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm də Silahlı Qüvvələrin Baş Qərargahı səviyyəsində özünü göstərdi”.
P.S. Adətən hər dəfə atəşkəs ciddi formada pozulanda Rusiyanın Müdafiə naziri Şoyqu tərəflərə zəng edərək atəşkəsə əməl etməyi əmr edirdi. Bu dəfə Paşınyan vasitəsilə məlumat aldıq ki, atəşkəs əmrini erməni əsilli Kələntərov və Gerasimov verib. Yəqin növbəti atəşkəs əmri Rusiyanın Baş naziri erməni əsilli Mişustin tərəfindən veriləcək.
