Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.
Məlumatlı mənbə xəbər verir ki, Sahid Əhmədov Bakıdan gedən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub.
S. Əhmədovla yanaşı, bir icra nümayəndəsi və bir bələdiyyə sədrinin də saxlanıldığı qeyd olunur.
Zərdab Rayon İcra Hakimiyyətindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rüşvət aldıqlarına görə, bu şəxslər saxlanılıblar:
İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu, İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov, həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov
Qeyd edək ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. Bu həmin Camalovdur ki, şəhid xanımı Bahar Əliyeva onun qəbulunda olrakən təhqir edib otağından qovmuşdur:
Bir daha hadisəni olduğu kimi xatırlatmaq yerinə düşər
Şəhidin xanımı Bahar Əliyeva müraciətində bildirib ki, bu gün Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olarkən təhqir olunaraq otağından qovulub:
"İndicə icra başçısının qəbulundan gəlirəm. Yoldaşım Əliyev Kamil Fazil oğlu, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı iyul ayının 3 də Ağdərədə şəhid olub. Biz 2005-ci ildən Şirvan şəhərində yataqxanada qalırıq. Ailənin 6 nəfər üzvü ilə birlikdə balaca bir otaqda yaşayırıq. Ailəni güclə dolandırıram. Özüm hər yerə iş üçün müraciət etmişəm. Lakin iş tapa bilmirəm. Dolanışıq çox çətindir. Evin hamamı yoxdur. Mərdan müəllimdən xahişə getmişdim ki, bir şəhid ailəsi kimi bizə əl tutsun. Ancaq o mənə dedi ki, məni bu mövzularla bezdirməyin. Yoldaşın şəhid olub, Allah rəhmət eləsin. Mənə görə şəhid olmayıb ki?! Bu sözü eşidəndə özümü saxlaya bilmədim. Ağlamağa başladım. Daha sonra o mənə, "zırıldama, rədd ol çölə, vaxtımı alma", deyib qovdu".
Bahar Əliyeva bildirib ki, evdə balaca uşaqlar var. Evin hamamı yoxdur. Yataqxana isə aylardır boşdur. Amma müraciətlərə baxmayaraq, onlara bir otaq belə verilmir: "Neçə dəfə müraciət etmişəm. Evin hamamı yoxdur. Mərdan Camalova bunları danışanda isə mənə dedi ki, evin ortasına qab qoyub çimin. Mənə nə bundan?"
P.S. Xatırladaq ki, vaxtilə Azərbaycana Ermənistandan qaçıqın düşəndə Mərdan və Yavər Camalov qardaşlarının cırıq ayaqqabıları, pencək əvəzinə sırığxlıları və yamaqlı şalvarları vardı. Azərbaycan Müstəqilliyi dövründə bu qardaşlar müxtəlif dövlət vəzifələrində işləmiş və təxminən 3 milyard dollara yaxın varidata sahib olmuşlar. Şəhid xanımına qarşı aqressiv davranış sərgiləməsinin də səbəbi budur ki, uşaqlıq dövrlərində ermənilərin əhatəsində daima təzyiq və təhqirlərə məruz həyat tərzi yaşamaları olmuşdur. Vəssəlam. Ramiz Mehdiyevin bundan artıq qabiliyyət sahibi olan kadrı olmazki.
İfadetv.com