AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun məlumatına əsasən, yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, gün ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrləri ilə xarakterizə olunub.
Qeyd olunub ki, yerli vaxtla saat 17:48:36 (püskürmənin davamı 3 dəqiqə 28 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,37×107 C), növbəti yerli vaxtla saat 17:53:59 (püskürmənin davamı 2 dəqiqə 18 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,29×107 C) və 17:58:17 (püskürmənin davamı 7 dəqiqə, dərinliyi h=2.0 km, enerjisi Е=0.30×107 C) baş verib.
Seysmoloq mütəxəssilərin verdikləri məlumatlardan belə aydın olur ki, baş verə biləcək zəlzələnin simptomları əsasən vulkan püskürməsi, sürüşmələr ola bilər. Bu təbiət hadisələri baş verirsə, deməli həmin ərazidə yeraltı ocaqların oyanması, yığılan enerjinin boşalması başlanmışdır anlamına gəlir. Hər halda Azərbaycan bu gündən etibarən gözlənilən belə təbiət hadisəsinə hazır olmalıdır.
