“Müasir Azərbaycan bu dəhşətli günü heç vaxt demokratik Rusiya ilə əlaqələndirmir” – Səfir Polad Bülbüloğlu
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 20 Yanvar faciəsi haqqında danışarkən Rusiyanı müdafiə edib.
Gununsesi.org səfirin dediklərini təqdim edir: “Faciə dəhşətlidir, çünki biz bir ölkənin vətəndaşları idik. Bunun Sovet dövründə olduğunu xüsusi vurğulamaq istəyirəm. Müasir Azərbaycan bu dəhşətli günü heç vaxt demokratik Rusiya ilə əlaqələndirmir. Qanlı faciə tariximizə qara ləkə kimi düşdü. Lakin müdrik Azərbaycan xalqı bu çətin dönəmi adlamağı bacarıb. Bu gün onunla sakitlik tapırıq ki, keçən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində qələbə qazandı və Qarabağ torpaqlarını işğaldan azad etdi. O, bununla 20 Yanvarda azadlıq, Vətənin müstəqilliyi uğrunda şəhid olanların ruhunu şad elədi. Heydər Əliyevin arzularını oğlu İlham Əliyev reallaşdırdı. O, Üzeyir Hacıbəyovu, Natəvanı, Bülbülü Şuşaya qaytardı. O, Qarabağı Azərbaycana qaytardı. Qarabağ Azərbaycan, Şuşa da Azərbaycanın mədəniyyət paytaxtıdır”.
P.S. İfadetv.com olaraq onu da xatırladaq ki, cənab Bülbüloğlu 44 günlük müharibə qurtarar qurtarmaz Dağlıq Qarabağdakı ermənilərə status verilməsindən dəm vurdu. Bəli, belə tiplər olan yerdə bizə kənardan düşmən axtarmaq lazım deyil. Amma onu da cənab səfirimizə xatırlatmaq istəyirik ki, paşinynın da təsdiq etdiyi kimi, Xocalıda törədilən qətliyam da demokratik Rusiyanın 366-cı sülhməramlı polku tərəfindən 26 fevral 1992-ci ildə törədilmiş və hadisədən dərhal sonra Yevlax-Balakən yolu ilə Tbilisiyə dislokasiya etmişdir. Elə həmin demokratik Rusiyanın 020-ci ilin iyul-oktyabr ayında Ermənistana verdiyi ən müasir silahlarla və göndərdiyi VAQNER başkəsənləri, xüsusi təyinatlılarınn birbaşa iştirakı ilə 44 günlük müharibədə minlərlə igid oğlumuz şəhid oldu və özləri də o qədər itki verdi. Həmin demokratik Rusiyanın dağ-desant hərbi hissələri 1993-cü ilin aprelin 2-də Kəlbəcəri 3 tərəfli mühasirəyə aldı və 60000 sakinimizə təkrar "Xocalı qırğını" yaşatmağa qəhrəman əsgərlərimizin sayəsində imkan verilmədi. Qısası, bizə ayının əmisioğlu olan belə səfir lazım deyil!
