Yay aylarından ən çox istifadə edilən meyvələrdən olan şaftalı piştaxtalarda yerini alıb.
Publika.az xəbər verir ki, vitamin və mineralla zəngin olan şaftalı həm də xoş qoxusu və ləzzətli dadına görə sevilir.
Şaftalı tək başına yeyiləndə həzm prosesi sürətli işləyir. Lakin bir əsas yemək normasından sonra şaftalı yemək həzm zamanı digər qidalarla birləşəndə mədədə mayalanmağa səbəb ola bilər. Bu da həzmsizlik, qıcqırma kimi problemlər əmələ gətirər. Bu problemləri yaşamamaq üçün əsas yeməkdən sonra şaftalı yeməyin. Bunlar arasında ən az iki saat zaman olmalıdır.
Şəkər xəstələri şaftalı ilə birgə süd, qatıq, ayran və ya kefir yeyə bilər. Süd məhsulları şaftalının tərkibində faydalı maddələrin qana sürətli keçidinin qarşısını alır. Beləcə insulin və şəkər metabolizmdə sürətli qalxma və enmə yaşamır. Balans tənzimlənir.
- Şaftalı mədədə turşuluğu balanslaşdırır, həzm prosesini sürətləndirir. Dərinin yenilənməsini təmin edir. Bağırsaq qurdlarının təmizlənməsində effektivdir.
-Sidikqovucu xüsusiyyətə malikdir. Ağızda xoşagəlməz qoxunun qarşısını alır. Bioflavonoid birləşməsi sayəsində xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. İmmun sistemini qüvvətləndirir.
-Sinir sistemini sakitləşdirir və yuxusuzluqla mübarizə aparır. Daimi istifadəsi orqanizmdə qan dövranını yaxşılaşdırır. Görmə qabiliyyətinə fayda verir. Böyrəklə bağlı problemləri aradan qaldırmaqda yardımçı olur. Qum və daşları təmizləyir.
- Dərini zərərli ultrabənövşəyi şüalardan qoruyur. Anemiya problemini aradan qaldırır.
Zümrüd