Hələ qədim dörvlərdə Çində həkimlər duyğuların insan bədəninin vəziyyəti üzərində böyük təsir gücünə malik olduğunu iddia edirdi. Çin tibbinin müddəalarına əsasən, bütün xəstəliklərin əsas səbəbi emosiyalardır və onlar orqanlarımıza müxtəlif cür təsir göstərir.
Publika.az xəbər verir ki, Çin təbabətinə əsasən qəm-qüssə ağciyərə, qəzəb qaraciyərə, qorxu böyrəklərə, həyəcan və stress isə mədəyə mənfi təsir göstərir.
Bundan əlavə, hər bir orqanın öz dadı var. Ağciyərlər kəskin və ədviyyəli, qaraciyər turş, dalağ şirin, böyrək isə duzlu məhsulları "sevir". Çin xalq təbabətinə görə, bütün orqanların öz enerjisi var. Bu enerjiyə çi deyilir və qanla sıx bağlıdır. Odur ki, həkimlər qanı enerjinin anası adlandırır, enerji isə qan dövranına nəzarət edir.
Çin tibbində ümumiyyətlə, böyrəklərin insanın ən əhəmiyyətli orqanlarından biri olduğu qəbul edilir. Onlar İn və Yanın əsasını təşkil edirlər və ən mühüm enerji mərkəzləri hesab olunur. Böyrəklər əzələ-skelet sistemi ilə, eşitmə və qorxu hissi ilə yaxından əlaqələndirilir.
Qaraciyər
Qaraciyər qan dövranı ilə əlaqələndirilir - qanı süzür və bir qayda olaraq qadınlarda menstrual pozğunluqlar zamanı dəstək tələb edir. Qaraciyər problemləri qaşınma, baş ağrısı və başgicəllənmə ilə özünü göstərilə bilər. Bu baxımdan qaraciyər orqanı insan bədənində sabit enerji və düşüncə axınının təmin edilməsində mühüm rol oynayır. Sağlam qaraciyəri olan insanlar sakitliyi ilə seçilir, qərarları asanlıqla qəbul edir və adətən əla liderlər olurlar.
Böyrək
Böyrək disfunksiyanın ilk əlamətləri qəzəb, qıcıqlanma, inadçılıq, narahatlıq, həyəcan şəklində ifadə edilir. Bu duyğuları çözə bilməsəniz, onlar dərin depressiya və tez-tez dəyişkən əhval-ruhiyyəyə yol aça bilər. Bundan əlavə, qaraciyər problemlərinin bir çox fiziki simptomlarla özünü göstərə bilər. Bunlardan ən çox yayılmış menstrual pozuqluqlar, yorğunluq, gərginlik, hərəkətlərin sərtliyi, qabırğa altında ağrı, allergiya və s.
Emosional isterikalar niyə və necə baş verir?
Duyğular hətta ən sağlam insanlarda belə bir çox xəstəliyə səbəb ola bilər. Bu zaman emosiyalar bədənin ən həssas nöqtəsini tapır və funksiyasının pozulmasına yol açır. Daha sonra baş verənlər artıq psixosomatik bir xəstəliklə adlanır.
Bir insan stressli vəziyyətlərdən həmişə qaçmaq gücünə malik deyil, hamımız gec və ya tez onun səhhətimizdə qoyduğu nəticələri ilə üzləşirik. Amma hər birimiz stresslə müxtəlif yollarla mübarizə aparır.
Beləliklə, əgər bir şəxs stress vəziyyətinə nəzarət edə bildiyini hiss edirsə, problemin qarşısını almaq üçün aktiv addımlar atır. Əks halda insanlar zərərləri minimuma endirməyə kömək edən emosional yönümlü mübarizə strategiyalarına müraciət edirlər.
Sağlamlığınız üçün edə edə biləcəyiniz ən pis şey üzləşməkdən qaçmağa çalışmaqdır. Bu da nəticədə stress səviyyəsini yüksəldəcək və xəstəliyin inkişafını sürətləndirəcək.
Psixosomatik xəstəliklər bütün bədənə və orqanlara zərər verən və stress faktorlarına məruz qalaraq düzəldilə bilməyən xəstəliklərdir.
Ürək ağrısı
Həkimin və psixoloqların birgə araşdırmaları göstərir ki, "sevgi və ağrı ürəkdən keçir". Ancaq digər orqanlar da "qəlb hücumlarına" məruz qalır. Bu da o deməkdir ki, "yaralı bir ruh" tez-tez ürək-damar, tənəffüs və həzm sistemlərinin normal fəaliyyətinə təsir göstərir.
Qadınlar kişilərdən daha həssasdır
Bir qayda olaraq, qadınlar kişilərdən daha çox psixomatik xəstəliklərdən əziyyət çəkir. Lakin onlar ağrılarının bir çox hallarda psixoloji təbiətə malik olduğuna inanmağa meyillidir.
Kişilər əksinə, bu cür xəstəlikləri ruhi xəstəliklərlə əlaqələndirmirlər. Onların duyğuları “istifadə müddətinə” görə daha qısadır, çünki öz emosional sığortalarını çox sürətlə xərcləyirlər.
Bədənin ən həssas nöqtələri
Aşağıdakı orqanlar "mənəvi şoklara" – duyğusal böhranlara daha çox həssasdır:
Kürək
Həyatın bütün çətinliklərinin sizə yükləndiyini düşünürsünüzsə, şiddətli ağrı və gərginlik kürəyinizə nüfuz edər.
Tənəffüs sistemi
Nəfəs problemi, boğulma və ya bir şeyin boğazınıza tıxanmasını hiss etmək əslində qeyri-müəyyən siqnal verən xarici simptomlardır. Onların səbəbləri adətən psixoloji və duyğusal bir rəngə malikdir. Bu da onu göstərir ki, ətrafdakı insanlar və ya hadisələr sizi "boğulmağa" məcbur edir.
Ürək
Ürək müəyyən vəziyyətlərdə emosional həyat və həyatda qalma ilə əlaqəli olan bütün orqanlardan güclüdür. Məsələn, görüşə hazırlaşdığınız zaman ürək döyüntüsü sürətlənir və ya sevdiyiniz insanın yanında olduğunuz zaman sizə elə gəlir ki, ürəyinizin sanki yerindən çıxacaq. Çox qorxduğunuz zaman ürək sanki "dayanır".
Həzm orqanları
Öz dünyasına qapılmağa öyrəşmiş introvertlər tez-tez ciddi həzm problemlərindən əziyyət çəkir. Odur ki, ünsiyyətdə çətinlik çəkən insanlara adətən qastrit və mədə xorası diaqnozu qoyulur.
Dəri
Sızanaq, qara nöqtələr və civzələr şəxsin öz "qabında" narahat olduğunu göstərir. Bəzən dəri xəstəlikləri bəzi insanlardan və ya həyatdakı bəzi problemlərdən xilas olmaq arzusunu göstərir.
Aytən Məftun