Rusiya Qarabağ məğlubiyyətindən sonra Ermənistana hərbi yardımı intesivləşdirib.
Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbi yükdaşımalar əhəmiyyətli dərəcədə artıb.
Ötən gün axşam Rusiyanın Rostov-na-Donu şəhərindən Yerevana İL-76 hərbi nəqliyyat təyyarəsi eniş edib.
Ümumilikdə, son 2 gündə Rusiya Hərbi Kosmik Qüvvələri Yerevana 6 reys həyata keçiriblər. Həmin reyslərin 5-i İl-76, 1-i isə AN-124 təyyarəsi vasitəsilə edilib.
