Oğuz rayonun Bucaq kəndində yaşayan Cabbarzadə Mikayıl Hikmət oğlu tərəfindən yuxar; direktiv orqanlara və bir nüsxəsi də Ifadetv.com saytına ünvanlanmış müraciətdə vətəndaş “Oğuz rayon Polis Şöbəsi QAİ-nin evimə gələrək qapıda dayanmış maşınıma soxularaq zorakılıqla texpasportumu almış polis Cavadov Rəşadın və onun rəisi Tahir müəllimin qanunsuz hərəkətlərinin dərhal qarşısının alınması” barədə yazdığı şikayəti 05 mart 2021-ci il tarixli sayımızda “Bunların əlindən millət maşın sürə bilmir” başlıqla dərc etmişdik.
Yazı dərc edildikdən sonra şikayətçi M.H.Cabbarzadə redksiyamızla əlaqə sxlayaraq Oğuz Rayon polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin baş inspektoru, polis baş leytenantı Rəşad Cavadovla arasında baş vermiş anlaşılmazlıq aradan qaldırılmışdır. Sürücü xahiş etmişdir ki, hazırda polis leytenantı R.Cavadova qarşı hər hansı şikayəti və iradı yoxdur.
P.S. Biz də redaksiya olaraq şikayətçi sürücünün xahişini nəzərə alırıq.
İfadetv.com
