Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” şəhərciyi, bina 3, mən.16-da yaşayan Vətən Müharibəsi qazisi Əsgərov Nazim Böyükxan oğlu tərəfindən Ali Baş komandana və direktiv orqanlara, eləcə də bir nüsxəsini İfadetv.com-a göndərdiyi və 5 mart tarixli sayında dərc etdiyi məktubda “Döyüş bölgəsində hərbi tapşırıqları yerinə yetirərkən aldığım ciddi travmaların təcili cərrahi müdaxiləsi üçün borc alıb ödəniş etdiyim vəsaitin qaytarılmasına köməklik göstərilməsi” barədə məlumat yer almışdır. Vətən Müharibəsi qazisinin ürəkdağlayan məktubu geniş oxucu kütləsi arasında yayılsa da, SOCAR rəhbərliyi də müraciətdə göstərilənlərə dərhal reaksiya vermiş və hazırda ev şəraitində müalicəsini davam etdirən Nazim Əsgərovun Xırdalan şəhərində yerləşən mənzilinə baş çəkmişlər. Bizə verilən məlumata görə qazinin ailəsi də özü də qonaqların bu gəlişindən sevinmişlər. Ailənin digər sevinci isə vaxtilə borc alıb əməliyyat üçün verdikləri 4000 manat pul yardımı göstərilməsi olmuşdur. Bir sözlə, SOCAR rəhbərinin tapşırığı əsasında yaralı qaziyə baş çəkilməsi və ailəyə həm maddi, həm də mənəvi dəstək olmaları sözün əsil mənasında qürurvericidir. Nazim Əsgərov ona qoyulan qiymət qarşılığında “Ali Baş Komandana və SOCAR rəhbərliyinə ona göstərdikləri diqqət və qayğıya görə" öz minnətdarlığını yazılı şəkildə redaksiyamıza göndərmişdir:
"Bu ilin 03 mart tarixində cənab ali Baş komandan cənab İlham Əliyevə və digər direktiv orqan rəhbərlrinə “ Döyüş bölgəsində hərbi tapşırıqları yerinə yetirərkən aldığım ciddi travmaların təcili cərrahi müdaxiləsi üçün borc alıb ödəniş etdiyim vəsaitl’qaytarılmasında köməklik göstərilməsi”barədə etdiyim müraciətdən sonra işlədiyim SOCAR-ın NEFTQAZTİKİNTİ trestinin müdiri hörmətli Qağaməli Seyfullayev, müavinləri, Həmkarlar Komitəsinin sədri və müavini bu gün, martın 15-də, ilk iş günü yaşadığım mənzilə gələrək baş çəkmiş, sağlamlıq vəziyyətimlə maraqlanmışlar. Söhbət əsasnasında Qağamalı müəllim aldığım zədələrdən təəssüfləndiyini qeyd etmiş və tezliklə Allahdan şəfa dilədiyini bildirmişdir. Eyni zamand bildirmişdir ki, mənim müalicələrdən sonrakı vəziyyətim haqqında ona vaxtında məlumatlar verilməmişdir.Amma bunlara baxmayaraq NEFTQAZTİKİNTİ tresti rəhbərliyi bundan sonra da sizin kimi nümunəvi işçi və döyüşçüyə diqqət və qayğı göstərəcəkdir. Görüşümüzün sonunda trestimizin Həmkarlar Komitəsi maddi yardım olaraq vaxtilə mənim borc alıb müalicəmə verdiyim 4000 manat nağd pulu verdilər.
Mən də Vətən Mühribəsi döyüşçüsü kimi ailəmə göstərilən bu diqqət və qayğıya görə başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, SOCAR rəhbərliyinə və NEFTQAZTİKİNTİ trestinin müdirinə dərin minnətdarlığımı bildirirəm".
Hörmətlə, Vətən müharibəsi qazisi, leytenant Nazim Əsgərov
İfadetv.com